Qoç - çoxdan başlanmış layihənin məntiqi sonuclanması, yaxşı nəticələrə can atılması üçün münasib zamandır. Fəal olun, məqsədi yeniləyin. Risk etməyin. Məntiqli davransanız, sədləri dəf edə bilərsiniz.
Günün ikinci yarısında məişət məsələsinin nəzərdən keçirilməsi mübahisəyə səbəb ola bilər. İmpulsiv davranmayın. Belədə fikir ayrılıqları və ixtilaflar qaçılmazdır.
Axşam qəfil qonaq olacaq.
Buğa - problemlərin həllində adekvat qərarların verilməsinə ehtiyac duyulur. Qeyri-adi planı reallaşdıraraq uğura nail ola bilərsiniz. Yarımçıq işləri bitirin. Gəlir əldə olunması, borcların qaytarılması istisna deyil.
Günün ikinci yarısında ailə üzvləri ilə təmaslarda qarşı tərəfin istəklərini mütləq şəkildə nəzərə alın. Məişət qayğıları ilə yanaşı, yaxın ətrafınızdakı insanların problemlərini də həll edə bilərsiniz.
Axşam saatlarında sakit ortama, rahat şəraitə ehtiyacınız var.
Əkizlər - orijinal ideyalar ola bilər. Aktiv olun, süst davranmayın. Uzun müddətdən bəri gözlədiyiniz hadisənin yaşanması istisna deyil. İtirilmiş əşyalardan biri tapılacaq. Hadisələrə təsir imkanlarına malik şəxslərdən biri ilə görüşün. İşgüzar tərəfdaşlarla danışıqlar aparın.
Günün ikinci yarısında yaxınlarınızın istəklərini və tələblərini nəzərə alın. Sevdiyiniz insanın hissləri ilə oynamayın, emosiyalarına təsir etməyin. Sizə nə isə lazımdırsa, onu nəyin bahasına olursa-olsun, əldə etməyə çalışmayın.
Münasibətlərə yeni nəzər salmaq zamanıdır.
Xərçəng - peşəkar fəaliyyət müstəvisindəki kiçik çətinliklər diqqətinizin dağınıqlığı və səlahiyyətlərinizin öhdəsindən yaxşı gəlməməyinizlə bağlıdır. İşləri həddən artıq darıxdırıcı, rutin saymayın. Bəzi işləri başqalarına həvalə etməyin yollarını aramayın.
Günün ikinci yarısında yaxınlarınz sizi dəstəkləyəcəklər. Qarşılıqlı anlaşmaya nail olmaq üçün səy göstərmək lazımdır. Maddi və mənəfi yardımlara ehtiyacınız var.
Axşam saatlarını sakit keçirin. Ağır fiziki işlərə başlamayın.
Şir - uğur əldə etmək istəyirsinizsə, təmkinli və səbrli olun. Hadisələrin axarına süni təsir etmək mümkün deyil. Mənasız və effektiv qərarların fəsadları çox ağır ola bilər.
Yaşananların məğzini anlamaq üçün bir qədər kənara çəkilin, hadisələri soyuqqanlı şəkildə müşahidə edin.
Günün ikinci yarısında informasiyalardan yararlansanız, işləri vaxtında həll edə bilərsiniz.
İnadkarlıq və qətiyyət yaxınlarınızla harmonik münasibətlərə mane olacaq. Şəxsi münasibətlərdə yenilik zamanıdır. Axşam saatları romantik görüş üçün əlverişli deyil. Səs-küylü bəyanatlar verməyin.
Qız - ünsiyyət çevrənizə bir daha nəzər salın. Vədlərinizi unutmayın, öhdəliklərinizi yerinə yetirin. Yaşamın ənənəvi, rutin axarını dəyişməyə cəhd göstərməyin.
İntuisiyasınıza güvənin. Hansı tərəfə hərəkət etməyin gərəkdiyini anlayacaqsınız.
Günün ikinci yarısında ailənizdəki durum yetərincə mürəkkəb olacaq. Yol ayrıcındasınız. Dürüst qərar vermək asan deyil. Niyyətinizdə əmin deyilsinizsə, tələsməyin.
Tərəzi - bəzi məsələlər və nüanslarla bağlı fikirlərinizdə dəyişikliklər ola bilər. Mənasını itirmiş prioritetləri unudun, gərəksiz ballastdan qurtulmağın zamanıdır. Yeni durum riskli olsa da, özünüzü daha asudə hiss edəcəksiniz.
Günün ikini yarısında qəfil görüş, səfər, cazibədar təklif ola bilər. Mənasız təkliflərdən, avantürist işlərdən uzaq durun. Ailə üzvlərinin qayğısına qalın.
Əqrəb - xərclərinizə məsuliyyətlə yanaşın. Uzun müddətdən bəri arzuladığınız əşyanı və ya nəsnəni əldə etməyə tələsməyin. Düşünülməmiş qərarlar verməyin.
Durumunuzu yenidən dəyərləndirin, situasiyanı təhlil edin.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki proseslərə süni təkan verməyin. Gözlənilən yenilikləri reallaşdırmaq üçün yaxşı imkanlar var. Uzaq səfərə çıxırsınızsa, yaxşı hazırlaşın.
Axşam saatlarında əylənə bilərsiniz.
Oxatan - ötənlərdə müəyyən şəraitlərdə yararlandığınız şablonlar artıq aktual deyil. Dəyişikliklər və yeniliklərə ehtiyac duyacaqsınız. Problemlərin həll yollarını bilsəniz də, qəti addım atmağa tərəddüd edirsiniz. Son qərar verməkdən qorxmayın.
Günün ikinci yarısında işlərinizdəki uğurlar yeniliyi qəbul etməyə nə dərəcədə hazır olmağınızdan asılıdır.
Şəxsi münasibətlərdə situasiya o qədər də adekvat deyil. Yaxınlarınızın bəzi hərəkətləri sizi təəccübləndirəcək. Axşam saatlarına yaxın ailədən uzaq qala bilərsiniz.
Oğlaq - daxili potensialınızı və bacarıqlarınızı tam nümayiş etdirmək üçün aktiv olun. İşgüzar fəaliyyət sahəsində uğur əldə etməyin sirri qətiyyətdə və zəhmətdədir. Yaşayış yerini dəyişmək fikriniz varsa, hazırlaşın. Sənədləşdirmə və ya daşınmaz əmlakla bağlı məsələləri həll etmək olar.
Günün ikinci yarısı alış-veriş üçün pis gün deyil. Alacağınız elektronika və ya məişət texnikasından uzun müddət yararlana biləcəksiniz. Yaxın qohumlar, sevdiyiniz insan və ya ailə üzvləri ilə səmimi ünsiyyətdə olun.
Dolça - adi günlərdən fərqli olaraq hadisələrlə zəngin vaxtdır. Ötənlərdə məruz qaldığınız uğursuzluqları düşünərək bədbinliyə qapılmayın. İncik davranmayın. Adi işlərin öhdəsindən gəlmək, rutin qayğılarla məşğul olmaq üçün nikbinliyə ehtiyacınız var.
Günün ikinci yarısında yaxın qohumlardan və ya dostlardan birinin səhhəti ilə bağlı problem yarana bilər. Axşam saatlarında normal istirahət etmək üçün bir qədər tənha qalın.
Balıqlar - problemlərin həllində yeni, qeyri-adi metodları sınaqdan keçirməyə çalışın. Adi günlərdən fərqli olaraq kreativ insan təsiri bağışlayın. Peşəkar fəaliyyət sahənizlə yanaşı, şəxsi münasibətlərdəki müşküllərdən qurtulmağın alternativ yollarını sınayın.
Günün ikinci yarısında yaşam enerjisinin səviyyəsi yüksək olacaq. Amma bundan bəhrələnməyi bacarın. Sürətli olun, amma xaotik hərəkət etməyin. Avadanlıq və texnika ilə çalışarkən ehtiyatlı davranın.