Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 20.01.2018

Bu günə olan bürclər 20.01.2018

Qoç - niyyətlərinizin yanlış anlaşılmasına səbəb ola biləcək addımlar atmayın. Bəzi planları həyata keçirmək çətindir. Hiyləgərlik etməyin, saxtakarlığa əl atmayın. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Daşınmaz əmlak və ya maliyyə məsələləri ilə məşğul ola bilərsiniz.

Günün ikinci yarısında mövcud problemləri yaxınlarınızla müzakirə edin. Saatlar keçdikcə situasiya gərginləşəcək. Qarşılıqlı anlaşmaya nail olmaq asan deyil.

Səbrli olun.

Buğa - ən çətin problemləri çözmək mümkündür. Yaradıcı ideyalarınız az olmasa da, onların əksəriyyəti praktik deyil. Xəyallara aldanmayın, illüziyalara qapılmayın. Reallıq hissini itirməyin.

Günün ikinci yarısında məqsədləri konkretləşdirin, irəliyə hərəkətə can atın. Potensial tərəfdaşlarınıza yeni təklifinizi anladın.

Axşam saatlarını ailənizlə birlikdə keçirin.

Əkizlər - günün ilk yarısında emosional baxımdan səbatsız davranmayın. İstək və arzularınızdan asılı olmayaraq rutin işləri başa vurun. Bəzi planlara yenidən baxmaq, peşəkar fəaliyyət prosesinə dəyişikliklər etmək gərəkdir. Çətinliklərin həllində qeyri-standart yanaşma nümayiş etdirin.

Günün ikinci yarısında alış-veriş pis alınmayacaq. Aldığınız əşyaların uzunmüddətli istifadə üçün olmasına fikir verin. Məişət texnikası almaq fikrindən vaz keçin.

Axşam saatlarına yaxın səhhətinizə fikir verin. Normal istirahət edin.

Xərçəng - bütün problemləri ən qısa zamanda həll etməyə çalışmayın. Yaşananları ürəyinizə salmayın. Qərarlarınız səbatlı, emosiyasız olmalıdır. Yaşam enerjinizə qənaət edin. İşgüzar tərəfdaşlar və həmkarlarla münasibətlərdə kompromisə meylli olun.

Günün ikinci yarısında dəyərləndirdiyiniz insanı sevindirin. Şəxsi münasibətlərdəki bəzi nüanslar təşviş doğura bilər. Narahat olmayın, problemlər müvəqqətidir.

Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək.


Şir - gün ərzində aktiv olun. Fərdiliyinizi nümayiş etdirin, bilik və bacarıqlarınızı göstərin. Problemlərin həllində ordinar yolları seçməyin. Bəzi hadisələr mövqelərinizi zəiflədə bilər. Son vaxtlara qədər sidq-ürəkdən inandığınız məqama etibarınız azala bilər.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə rəvan olun. Hadisələrin gedişatından narazılıq varsa, aqressiv və kobud davranmayın. Sevdiyiniz insanla münasibətlərdə ideal səviyyəni arzulayırsınızsa, dəyişikliklərə özünüzdən başlayın.

Ötənlərlə bağlı xatirələr qəlbinizdə ilıq hisslər yaradacaq.

Qız - ilk baxışdan çətin, həlli mümkün olmayan təsir bağışlayan problemləri çözmək mümkündür. Aldığınız tapşırıq və ya sifarişdən imtina etməyin. Başqasının maraqlarını öz mənafeyinizdən üstün tutmayın. Cəsarətli olun, məqsədə çatmaq üçün gərəkli vasitələrdən yararlanın.

Günün ikinci yarısında sevdiyiniz insanla təmaslar ruhi müvazinətinizin bərpasına kömək edəcək. Yaxınlarınız üçün xoş işlər görməyə çalışın. İşdə həmkarlar və ya rəhbərliklə bilavasitə danışıqlar mənasız şübhələrdən qurtulmağa yardım edəcək.

Axşam saatlarını əzizlərinizə həsr edin.


Tərəzi - günün ilk yarısından etibarən rutin işlər və gündəlik qayğılar xeyli vaxt alacaq. Yeni işə başlamaq və ya orijinal layihəyə start vermək çox çətindir. Ünsiyyəti bir qədər azaldın. Ətrafınızdakı insanlara sizə işlərinizdə mane olmağa imkan verməyin.

Günün ikinci yarısında yaşanacaq hadisələr əsəblərinizi tarıma çəkəcək, əhvalınızı korlayacaq. Situasiyaya sərt reaksiya verməyin. Adi günlərlə müqayisədə impulsiv olmayın. Yaxınlarınızdan biri sizə yardım etməyə çalışaraq yeni problemlər yarada bilər.

Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz


Əqrəb - günün ilk yarısında vaxtınızı dürüst qiymətləndirin. Şərtlər elədir ki, bir sıra problemləri düşündüyünüzdən də sürətlə həll etmək olar. Saatlar keçdikcə durum qəlizləşəcək. Qəfil hadisə yarımçıq qoyduğunuz işin başa çatdırılmasını tələb edir.

Günün ikinci yarısında ailə üzvlərinizdən birinin təcrübə və biliklərinizə ehtiyacı var. Yardım edin, məsləhət verin. Ən adi məişət qayğıları axşam saatlarında ailə üzvlərinizlə təmaslarda sərinlik yaratmamalıdır.

Oxatan - günün ilk yarısında aktiv fəaliyyətə başlamaq çətindir. İşlərə başlayanda bir sıra məqamlar fikrinizi yayındıra bilər. Məlumatları əldə etmək istəyirisinizsə, diqqətli olun. İşdə həmkarlarla müzakirələr aparmaq gərəkdir.

Özünüzü ələ alın, emosional olmayın. Səbrli davransanız, çox problemlərin öhdəsindən gələcəksiniz.

Günün ikinci yarısında önəmsiz, rutin təsir bağışlayan işləri yarımçıq qoymayın. Darıxdırıcı təsir bağışlayan əməliyyatı bitirin.

Saatlar keçdikcə şəxsi münasibətlərdə problemlər yaranacaq. Müstəqillik istəyiniz yaxın ətrafınızdakı insanlar tərəfindən anlayışla qarşılanmayacaq. Ötənlərdəki azadlıqla bağlı nisgil öhdəliklərdən yayınmağınız gərəkir. Ailə işlərini təkbaşına həll etmək istəyi dəyər verdiyiniz insanlarla əlaqələri korlaya bilər.

Oğlaq - davranışınızda ideala can atırsınızsa, qüvvə və vaxtınız boşuna xərclənə bilər. Emosional qeyri-stabillik işlərinizə mane olmamalıdır. Sonradan sizi peşman edə biləcək, təəssüf hissi yaradacaq addımlar atmayın.

Sayıq və diqqətli olun.

Günün ikinci yarısında nəzərdə tutulmamış olay və ya situasiyanın qəflətən ağırlaşması stressə səbəb olacaq. Əsəblərinizi qoruyun.

Yaxınlarınızla, sevdiyiniz insanla təmaslarda çətinliklərin formalaşmasına imkan verməyin. Hisslərinizə nəzarət edin. Əsla gözləmədiyiniz halda bəzi təfərrüatlar üzə çıxacaq. Ötənlərdəki hadisələrdən birinin müzakirəsi dartışma yaradacaq.

Dolça - sakitləşin, kənar qıcıqlandırıcıların təsirinə düşməyin. Gerçəkdən də, maraqlı işlə məşğul ola bilərsiniz. Yaşam mövqeyinizdə passivliyə yol verməyin. Bəzi işləri inandığınız insanlara etibar edə bilərsiniz.

Günün ikinci yarısında hadisələrin axarında köklü dəyişiklik istisna deyil.

İntriqanın mərkəzində olacaqsınız. Avantüra və ya macəra aramayın. Axşam saatlarında romantik əhval sizi düşünülməmiş addımlar atmağa vadar etməməlidir.

Balıqlar - günün ilk yarısında hadisələrin aram axarı sürətlə dəyişəcək. Təxəyyülünüzdəki prosesin real olduğunu düşünməyin. Yeni təəssüratlar arayırsınızsa, fəndgirlik edin. Çox ekstravaqant qərarlar verməyin.

Tənzimlənmiş çözüm yoluna üstünlük verin.

Günün ikinci yarısında iradların hamısını qəbul etməyin. Rüşvət tələbini rədd edin, hüquqlarınızın pozulması ilə barışmayın. Dostlar və ya qohumlardan biri məişət problemlərinin həllində yardım istəyə bilər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ