Qoç - ötənlərdə əldə etdiyiniz təcrübəyə əsaslanaraq qərar verin. Situasiyadakı dəyişiklikləri nəzərə alın. Yeni sxemlərdən, problemlərin həllində alternativ yanaşmadan yararlanın. Planlaşdırılmamış xərclər ola bilər. Narahat olmayın, maliyyə durumunuza ağır zərbə dəyməyəcək.
Günün ikinci yarısında ailə problemlərinin həlli xeyli vaxt alacaq. Yaranan çətinliklərin öhdəsindən gələ bilərsiniz. Ailə üzvlərindən biri ilə fikir ayrılığı istisna deyil. Kompromisə meylli, səbrli və təmkinli olun.
Buğa - adi günlərdən fərqli olaraq daha çox mühafizəkarlıq və qayda tələb olunan zamandır. Yeni ideyalara kor-koranə aldanmayın. Azadlıq, innovasiyalar və "tərəqqi" istəyənlərin sözlərinə şübhə ilə yanaşın. Maliyyə məsələlərini qaydaya salmaq, hesabları ödəmək, borcları qaytarmaq zamanıdır.
Günün ikinci yarısında yaxınlarınıza təzyiq göstərərək bütün istəklərinizin və tələblərinizin yerinə yetirilməsini istəməyin. Ailə qayğılarını, məişət məsələlərini nəzərə alın. Təzyiq münaqişə istəyi və ya arzusu kimi qəbul oluna bilər.
Əkizlər - günün ilk yarısında ağır işə başlamayın. Mürəkkəb hesablamalar və dəqiq davranış tələb edən məqamlar var. Virtual məkanda ünsiyyət ilk baxışdan asan təsir bağışlaya bilər. Sayıq olun.
Günün ikinci yarısında maraqlı insanlarla söhbətdən yayınmayın. Müzakirələrdə və məsləhətləşmələrdə fayda var. Əlavə gəlir mənbəsi aşkarlanacaq. Maraqlarınızı başqalarının planlarına qurban verməyin.
Yeni tərəfdaş və ya müttəfiq əldə edə bilərsiniz. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin.
Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın.
Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdır. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.
Şir - məhsuldar fəaliyyət üçün həddən ziyadə çətin zamandır. Adi günlərdən fərqli olaraq bu gün başqalarının məsləhətlərinə daha çox qulaq asmalı olacaqsınız. İradlar və tənqidlərin də sayı az deyil. Bütün diqqəti işə yönəltmək asan deyil.
Günün ikincısı yarısında mənasız söhbətlərə və ya bezdirici xahişlərə fikir verməyin. Yaxınlarınızdan biri ilə münasibətiniz pisləşibsə, indi barışmağa cəhd edə bilərsiniz. Qüruru və ya utancaqlığı müvəqqəti olaraq unudun. Münasibətlərdə harmoniyanı bərpa etmək şansları var.
Qız - şübhəli və riskli məsələlərdə inadkar olmayın. Nə isə etmək istəyirsinizsə, diqqətli və sərvaxt olun. Düşünülməmiş addımlar atmayın. Məntiqin səsinə qulaq asın. Uğur əldə etmək istəyirsinizsə, qeyri-effektiv metodlardan yararlanmaq əvəzinə məsləhətlərə qulaq asın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda inciklik və anlaşılmazlıqların münaqişəyə səbəb olmasına imkan verməyin. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Axşam saatlarında ağır işlə məşğul olmayın.
Tərəzi - maraq göstərdiyiniz məşğuliyyət və ya iş yaxın ətrafınızdakı insanlara maraqsız proses təsiri bağışlaya bilər. Görüləsi işlər rutin və ya bezdirici görünsə də, dayanmayın. İşləri yarımçıq saxlamayın. Başqalarının sizə təsir göstərməsinə, işlərinə müdaxilə etməsinə imkan verməyin.
Günün ikinci yarısında maliyyə məsələlərində diqqətli olmayın. Ümumiyyətlə, risk etməyin. Səhvlərdən sığortalanmayıbsınız. Şəxsi münasibətlərdə uzun müddətdən bəri gözlədiyiniz hadisə sizi sevindirməyə bilər.
Sevdiyiniz insan axşam saatlarında romantik hisslərə köklənəcək və sizə xoş sürpriz edəcək.
Əqrəb - günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və ciddi uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin.
Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji diskomforta qapılmayın.
Axşam saatlarında diqqətli olun.
Oxatan - əyləncə və istirahət fikirlərini təxirə salın. Çoxsaylı problemlər yarana bilər. Planlaşdırdığınız bəzi tədbirləri və işləri təxirə salmalı olacaqsınız. Səbrli və təmkinli olsanız, situasiya sizi qıcıqlandırmayacaq.
Günün ikinci yarısında yaxınlarınızın qəlbinə dəyməyin. Etibarlı və sınanmış dostlarla müzakirələr vasitəsilə problemləri həll etmək olar. Yeni tanışlarla ehtiyatlı davranın.
Axşam saatları insanların gur olduğu yerə qatılmaq və ya uzaq yola çıxmaq üçün əlverişli deyil.
Oğlaq - günün ilk yarısından etibarən mühüm işləri yerinə yetirməyə başlayın. Sədlər və maneələr qarşısında geri çəkilməsəniz, məhsuldar çalışmağınız mümkün deyil. Prosesi təxirə salmayın. Bir işi başa vurmamış başqasına başlamayın.
Günün ikinci yarısında bəzi problemlərin həllini yaxın ətrafınızdakı insanlara həvalə edə bilərsiniz. İstənilən situasiyada təmkinli qalın. Səhhətinizə fikir verin. Rasionu pozmayın.
Axşam saatlarında əhvalınızda ciddi dəyişikliklər ola bilər. Bəzi olayların, xüsusilə də məişət problemlərinin önəmini və miqyasını böyütməyin. Adi günlərlə müqayisədə yaxınlarınız sizi daha çox tənqid edəcəklər.
Dolça - özünüzə və problemlərinizə həddən ziyadə vaxt ayırmayın. Dəyər verdiyiniz insanları unutmayın. Sağlam eqoizm pis deyil. Amma başqalarını da düşünmək gərəkdir. Maraqlarınızın təminatı üçün vədlərinizi unutmayın.
Günün ikinci yarısında ifrat aktivliyə varmayın. Hesablama və sənədləşdirmə ilə bağlı işlərdə diqqətli olun. Axşam saatlarına yaxın yaşam potensialınızın səviyyəsində eniş olacaq.
Bədbinliyə qapılmayın.
Balıqlar - yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə süni probelmlər yaratmayın. Rabitə vasitələri və ya texnikanın işində problemlər yarana bilər. İşlərinizə qapılaraq ailə üzvlərinin xahişini qulaqardına vurmayın. Öhdəlikləri unutmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər olmayacaq. Ailədə rəvan, həlim münasibətləri qoruyun. Məişət qayğıları və problemlərdən tam yayınmaq mümkün deyil. Amma nikbin olsanız, bütün problemlərin öhdəsindən gələ bilərsiniz.