Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gündəlik Bürclər - 11.12.2017 (11 Dekabr 2017 Günlük Bürclər)

Gündəlik Bürclər - 11.12.2017 (11 Dekabr 2017 Günlük Bürclər)

Qoç - inad, məqsədyönlülük və güclü iradə sayəsində ən mürəkkəb məsələlərin öhdəsindən gələ biləcəksiniz. İşgüzar danışıqlar, maliyyə məsələlərinin müzakirəsi və həlli üçün münasib gündür. Axşam vacib bir məlumat alacaqsınız.
Yaxınlarınızla aranızda fikir ayrılığı yarana bilər. Ailədə liderlik üstündə mübahisə istisna deyil. Xoşbəxtlikdən, münaqişənin yaranmasına imkan vermir, nəzakətli olmağa çalışırsınız. Günün ikinci yarısı ziyafyətə qatılmaq olar.

Buğa - uzun müddət sizi irəliləməyə qoymayan emosional problemləri həll etməyin zamanı gəldi. Bu asan olmayacaq, ancaq səylərinizin nəticəsindən məmnun qalacaqsınız. İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür - bu, həm kefinizi qaldırır, həm də pozitiv əhvala köklənməyə imkan yaradır.
Ətrafınızdakılara qarşı gerçək marağınız yeni tanışlıqlar qurmağa imkan verir: münasibətlər o qədər sürətli inkişaf edir ki, bəzən hətta özünüzü də qorxudur. Ancaq perspektivlər heç də pis deyil.

Əkizlər - işgüzar əməkdaşlığa başlamaq üçün yaxşı gündür. İnsanları sizin üçün faydalı olan əməllərə asanlıqla yönəldirsiniz. Uzunmüddətli əməkdaşlıq barədə müqavilələr imzalaya bilərsiniz. Vacib işgüzar və şəxsi məsələlərin müzakirəsi məhsuldar keçəcək.
İri məbləğdə pul xərcləyə bilərsiniz. İncəsənət və şou-biznes sahəsinə aid insanlarla ünsiyyət xoş keçəcək. Enerjiniz çoxdur, idmanla məşğul olmaq faydalıdır. Sağlamlaşdırıcı prosedurlar səmərəli olacaq.

Xərçəng - düşünülməmiş, qətiyyətli hərəkətlər günüdür: bunların əsl motivi heç özünüzə də bəlli deyil. İş bundadır ki, intuisiyanız hakimiyyəti ələ alıb, sağlam düşüncə isə onun ardınca çatdırmır. Əməllərinizin nəticəsi gözlənilməz, ancaq xoş olacaq.
Elmi ədəbiyyat oxumağınız, peşəkarlığınızı artırmaq, dünyagörüşünüzü genişləndirmək məsləhətdir. İntellektual potensialınız çox yüksəkdir, bundan yararlanmağa çalışın. Gözlənilmədən şəxsi xarakterli vacib suallarınıza cavab ala bilərsiniz.

Şir - ünsiyyət üçün xoş gündür. Başqalarının istəklərinə qarşı diqqətlisiniz, onların arzularını və ehtiyaclarını nəzərə alırsınız. Nüfuzlu bir şəxsdə özünüz haqda xoş təəssürat yarada biləcəksiniz. Yaxşı ideyalarınız varsa, onları həyata keçirmək üçün köməkçiləriniz də var.
Yaradıcı potensialınız yüksəkdir. İstənilən şəraitdən çıxış yolu tapa biləcəksiniz. Bu günə romantik görüş təyin edə bilərsiniz: gözəl və unudulmaz olması sizin əlinizdədir. Gözlənilməz təkliflər ala bilərsiniz, bunları qəbul etdiyinizə peşman olmayacaqsınız.

Qız - vergi, sığorta, kreditlə məşğul olan idarələrin işçilərinin bəxti bu gün yaman gətirəcək. Mürəkkəb hesablamalar aparmaq, biznes-plan hazırlamaq olar.
Yaranan imkandan istifadə edərək sizin üçün dəyərli olan adamlarla münasibətlərinizi düzəldin. İndi həm çoxdankı fikir ayrılıqlarını bitirə, həm də gələcək üçün ortaq planları müzakirə edə bilərsiniz. İri alış-veriş etmək məsləhət deyil.

Tərəzi - risk etməyə, taleyinizi sınağa çəkməyə meyllisiniz. Xoşbəxtlikdən, bunun nəticələri pis olmayacaq, gözlədiyinizdən daha çox bəxtiniz gətirir. Maliyyə işlərində uğurlar mümkündür, sərfəli sövdələr bağlaya bilərsiniz. Gözləmədiyiniz mənbədən pul daxil ola bilər.
Əməyinizin dərhal mükafatlandırılacağını gözləməyin: hazırda gələcək uğurlarınızın bünövrəsini qoyursunuz. Yeni ortaqlarınızla əsəkdaşlığınız məhsuldar olacaq. Bu gün başlanan romantik tanışlıq uzun sürməsə də, həyatınızı dəyişdirəcək.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ