Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 22.09.2017

Bu günə olan bürclər 22.09.2017

Qoç - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan fəaliyyətə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Bu gün qazanmaq ehtimalınız böyükdür.

Buğa - Həddindən ziyadə uğurlu təqvimdir. Ələlxüsus da saat 12-16 arası bəxtiniz gətirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq səngiməyə başlayacaq. Hətta varlanmaq ehtimalınız da var.

Əkizlər - Ümumi çalarlarına görə gərgin gün olsa da, özünüzü ələ almağı bacarmalısınız. Çünki qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz.

Xərçəng - Səhhətinizlə bağlı nasazlığı nəzərə alıb hansısa qeyri-adi və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Axşama yaxınsa qonaq getmək olar.

Şir - Hiss olunur ki, sizi sevməyənlər artmaqdadır. Lakin ruh düşkünlüyünə mübtəla olmaqdansa, deyildiyi kimi olmadığınızı sübut etməlisiniz. Bu gün maraqlı görüşlərdə iştirakınız gözlənilir.

Qız - Qarşılıqlı münasibətlərdə güzəştli mövqe seçin. Risk tələb edən işlərə isə girişməyin. Yaxşı olar ki, soyuq və spirtli içkilərdən, duzlu qidalardan mümkün qədər uzaq olasınız.

Tərəzi - Səhər saatlarını gərgin şəraitdə keçirsəniz də, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzliyi dəf edə biləcəksiniz. Nahardan sonra isə sevindirici hadisələrin şahidi olacaqsınız.

Əqrəb - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Ulduzlar ziyarətə getməyi məsləhət görsə də, uzaq yola çıxmaq olmaz.

Oxatan - Göy qübbəsi pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənaətcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.

Oğlaq - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək. Səfər də mümkündür.

Dolça - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzə qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək savab iş deyil.

Balıqlar - Kifayət qədər uğurlu bir gün yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzlə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ