Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 16.06.2017

Bu günə olan bürclər 16.06.2017

Qoç - ünsiyyətdə səlis olun və vaxtınızı rəğbət bəslədiyiniz adamlarla keçirməyə çalışın. Emosional fon o qədər də əlverişli deyil və əlavə yük yersizdir.

Buğa - bu gün çətin ki, Buğaları sevindirsin. O, kifayət qədər darıxdırıcı və mənasızdır, heç bir yeni imkan yaratmır. Amma gün sizi keçmişdəki səhvlərə qayıtmağa vadar edəcək.

Əkizlər - yaxınlarınızla dil tapmaq, fikir ayrılıqlarını aradan qaldırmaq və mübahisələrə son qoymaq şansı var. Sevdiyiniz şəxs sizi xoş sürprizlərlə sevindirəcək. Günün ikinci yarısına təyin edilmiş romantik görüş yaxşı keçəcək.

Xərçəng - həmkarlar və iş partnyorları ilə ünsyyət, peşəkar münasibətlərin yoluna qoyulması üçün münasib gündür. Gün asan keçməsə də, məhsuldar ola bilər.

Şir - vaxtınızı boş yerə sərf etməməlisiniz. Diqqət tələb edən vəzifələr cürbəcürdir. Amma enerjiniz və gücünüz onları həll etmək üçün yetərlidir. Müstəqil şəkildə düşünmək, cavablar tapmaq və hərəkət etmək lazım gələcək.

Qız - ətrafdakılarla münasibətlər sevinc bəxş edəcək. Bu gün heç kimi özünüzün düzlüyünə inandırmağa ehtiyac olmayacaq. Onsuz da hamı buna əmindir. İdeyalarınız xoş niyyətlə qarşılanacaq. Gün təşəbbüskarlıq üçün münasibdir.

Tərəzi - narahatlıq üçün çoxsaylı səbəblərin olduğu çətin gündür. Bürcün nümayəndələri ətrafda baş verən hər şeyi ürəklərinə salırlar. Soyuqqanlı, praqmatik olun. Emosiyalara qapılmayın.

Əqrəb - ən yaxın adamlarla fikir ayrılıqları yarana bilər. Müdafiə üçün yersiz deyilmiş sözün münaqişəyə səbəb olma ehtimalı yüksəkdir.

Oxatan - həyat potensialı aşağıdır, bürcün nümayəndələrində nasazlıq yarana bilər. İfratçılıqdan imtina etmək, orqanizmin möhkəmliyini yoxlamaq tövsiyə olunmur. Allergik reaksiya ehtimalı var.

Oğlaq - həyat potensialı aşağıdır, sağlamlıqla bağlı ciddi problemlər yarana bilər. Xroniki xəstəliklərin kəskinləşməsi təhlükəsi var. Fiziki işdən, yorucu idmandan çəkinmək tövsiyə olunur.

Dolça - eə gələ bilər ki, hətta, ən yaxın adamlar da sizə qarşı biganədirlər. Sevgililər küsüşəcək. Bəzi Dolçalar münasibətləri pozmaq barədə qərar qəbul edəcəklər.

Balıqlar - etiyatlı olun! Bu çətin gündə bürcün heç də bütün nümayəndələri çətinliklərdən yayına biləcəklər. Ailə üzvləri ilə münasibətlərdə ciddi problemlər yarana bilər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ