Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 14.06.2017

Bu günə olan bürclər 14.06.2017

Qoç - işlər pis getməyəcək. Lakin mənfi tendensiyalar hələ də hiss olunacaq. Siz hər zaman kələk gözləyir və bununla da öz imkanlarınızı məhdudlaşdırırsınız.

Buğa - heç olmasa, indiyədək dəfələrlə sədaqətini göstərmiş adamlara etibar edin - bu adamlar sizi pis vəziyyətdə qoymayacaqlar. Yeni başlanğıclarda problemlər yarana bilər. Amma bu gün yaranan çətinliklərin əksəriyyəti həll oluna biləndir.

Əkizlər - ətrafdakılara öz üstünlüyünüzü göstərmək istəyi yaranacaq. Bu üzdən bəzi Əkizlər çox aqressiv olacaqlar. Soyuqqanlı və səbrli davranın.

Xərçəng - çoxlu səhvlər buraxır, emosiyalarınıza uyğun hərəkət edir, ehtiyat və sağlam düşüncəni bir anlıq istəklərinizə qurban verirsiniz. Bu, gec və ya tez xoşagəlməzliklərə səbəb olacaq

Şir - təcrübəli adamların məsləhətlərinə qulaq asın. Sizə dəyər verən insanlar sizi düşünülməmiş hərəkətlərdən qorumağa çalışacaqlar.

Qız - birgə layihələrdə iştirak etmək, başqalarının biznesinə pul qoymaq tövsiyə olunmur. Səfərlərdə ehtiyatlı olun: onlar müsbət emosiyadan daha çox, narahatlıq və təlaş gətirəcəklər.

Tərəzi - əlverişsiz tendensiyaların təsiri hələ də güclüdür. Siz tez-tez səbəbsiz yerə əsəbləşir, boş şeylərə görə həyəcanlanırsınız. Bu gün bürcün bir çox nümayəndələri üçün ciddi sarsıntılarla yadda qalacaq. Bu sarsıntılardan sonra onların özlərinə gəlməsi o dəqiqə alınmayacaq.

Əqrəb - iş məsələlərini həll etmək arzuolunan deyil. Siz şəxsi və peşə məsələlərini bir-birinə qatmağa meyllisiniz. Bu, həyatın hər iki sahəsində gərginliyə səbəb ola bilər. İşdə məhəbbət macəralarından uzaq durmağa çalışın. Onlar sizin xeyrinizə olmayacaq.

Oxatan - günün emosional fonu əlverişlidir. Bu, yaxşı ovqat və nikbinlik vəd edir. Vaxtı şən keçirmək istəyi var. Müəyyən qədər səy göstərsəniz, bu, baş tutacaq.

Oğlaq - dostlarla görüşlər, yaxınlarla ünsiyyət sevinc bəxş edəcək. Qonaq qəbul etmək üçün münasib gündür. Vacib məsələləri evdə müzakirə etmək tövsiyə olunur.

Dolça - uğurlu bazarlıqlar mümkündür. Bu gün həm gündəlik istifadə üçün adi şeylər, həm də qeyri-adi, ekstravaqant nəsə almaq olar.

Balıqlar - bu gün işgüzar məsələlərin həlli üçün yaxşı gündür. Həyat potensialı, enerjiniz və mənəvi gücünüz yüksəkdir. Bu, uğur əldə etmək üçün lazım olacaq.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ