Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 06.05.2017

Bu günə olan bürclər 06.05.2017

Qoç - Oberon və Tefeyanın münasibətləri təmaslardakı gərginliyi, aqressiv məzmunu artıracaq. Fəal olun, ətalətlə davranmayın, bir yerdə qalmayın.

Buğa - zərurət yaranarsa, çətin danışıqlara başlayın. Mümkün qədər az təzyiq göstərin, tərəfdaşın dediklərindən və hadisələrin axarından yararlanın.

Əkizlər - yeni mərhələnin başlanğıcıdır. Məqsədə aparan yolun qısa olacağına ümid etməyin. Baş verənləri diqqətlə müşahidə edin. Fiziki zəiflik, əhvalın sürətlə dəyişməsi yaşana bilər.

Xərçəng - Merkuri və Titanın münasibətləri aşkar rəqabət, qüvvə və potensialın sınağa çəkilməsini vəd edir. İtkilər ola bilər, amma təmayüllər qənaətbəxşdir.

Şir - hər şey asanlıqla alınacaq. Son qərara gəlmək, uğuru möhkəmləndirmək vacibdir. Rəqabət, üstünlüyü göstərmək istəyi güclənəcək. Buna görə də yaxın ətrafınızda olan insanları bir maraq, mövzu ətrafında birləşdirmək, kollektiv yaradıcılığa nail olmaq mühümdür.

Qız - Venera və Plutonun münasibətləri sizə dinamik, aktiv gün vəd edir. Fəal olun, yaranan şansları əldən buraxmayın. Qəfil xəbər, dostlardan sürpriz, hədiyyə və ya dəvət istisna deyil.

Tərəzi - keçmişdən bərk yapışmayın. Hansısa iddiadan əl çəkmək, nəyisə itirmək vaxtıdır. Haradasa itirsəniz, başqa məsələdə udacaqsınız. Emosiyaları bir kənara qoysanız yeni perspektivləri görəcəksiniz.

Əqrəb - gərginlik və işin ağırlığı nəticəsində "partlamamaq" üçün məqsədə çatmağa tələsin. İşi ən məsuliyyətli və çətin anda yarımçıq qoymayın.

Oxatan - İo və Ayın münasibətləri gərginliyi artıracaq. İlk növbədə, səhhəti qoruyun, qüvvənizi simicliklə sərf edin. İncə balansa nail olaraq onu qorumaq indi sizdən tələb olunan başlıca məsələdir.

Oğlaq - Heç nədə ifrata varmayın. Sonradan sizdə peşmançılıq hissi yarada biləcək məktublar yazmayın, zənglər etməyin. Gərginliyə imkan verməyin. Stress və fiziki yorğunluq başağrısı yarada bilər.

Dolça - diqqətli olun, sizi çox maraqlandıran məsələ ilə bağıl mühüm məlumat ala bilərsiniz. Şəxsi və sosial münasibətlərdə impulsa, istəyə aldanmayın.

Balıqlar - Enselad və Umbrielin münasibətləri izafi söhbətlər və tələskənlik olmadan, aktiv formada çalışmağı tələb edir. İşlərə nəzarətin çətinləşdiyi anlarda xaos yarada bilərsiniz. Layihələrinizi təkmilləşdirin.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ