Qoç - işiniz üçün faydalı ola biləcək informasiya arayın. Məşvərət, məsləhət, iclas, yazışma, tərəfdaş və ya şəriklə görüş üçün yaxşı gündür. Günün xəbərləri xoşagəlməz olsa da, ruhdan düşməyin.
Buğa - baş verən proseslərə laqeyd müşahidəçit olmayın. Aktiv davranın, məqsədə çatmağa çalışın. Bəzi planlar və işlərdən imtina edərək başqa işə başlayın. Səfərə çıxmaq və ya dostlarla görüşmək də mümkündür.
Əkizlər - gərgin gözlənti situasiyasında konkret işlə məşğul olun, təşvişdən qurtulun, suallarınıza birmənalı cavab aramağa can atın. Bəzi illüziyalarla vidalaşın, yeni hərəkət marşrutu seçin.
Xərçəng - harmonik, rahat, sakit, ünsiyyətlə müqayisədə şəxsi işlərə daha meylli gündür. İş ön planda olmalıdır. İstirahəti isə axşam saatlarına saxlayın. Axşam vaxtı gəzintiyə çıxın, dincəlin.
Şir - gün karyera, işgüzar danışıqlar, yazışma və görüş üçün məsləhətli gündür. Hadisələrin inkişaf məcrasını diqqətlə izləyin. Gərginliyin artdığı yerdə ən yaxın vaxtda böhranın başlayacağına şübhə etməyin. Tədbirli davransanız, nəyinsə qarşısını ala bilərsiniz.
Qız - peşəkar fəaliyyət və perspektivlər barədə düşünmək üçün yaxşı gündür. Bir sıra təkliflər, hətta ən cazibədar təsir bağışlayan variantlar əsassız, puçdur. Axşam saatları qəfil xəbərin gəlişi istisna deyil. Təşvişə düşməyin. Təhlükəsizliyinizi təmin edin.
Tərəzi - həyatınızda ciddi təhlil və iş tələb edən situasiya yaranarsa, tələb olunan məkanlarda qayda, nizam yaradılması üçün çalışmağınız gərəkdir. Hadisələr dəyişəcək, onların istiqaməti fərqli olacaq. Mühüm işlərin siyahısı isə dəyişməz qalır. Sizi çoxlu xəbərlər gözləyir. Baxış bucağını genişləndirin, daha çox informasiya aramağa başlayın.
Əqrəb - əlavə iş görməyin, amma maraqlı ideyanı rədd etməyin, həmin planı həyata keçirməyin yollarını arayın. Amma bu adamlara nəzarət etməyin, onların hər hərəkətini çərçivəyə salmağa can atmayın.
Oxatan - ayın hərəkət çevrəsi başa çatmaqda olduğundan nəticələrə nəzər salmaq, bitən işlərə baxmaq vaxtıdır. Görüləsi işlər çox olduğundan, qüvvə və güc çatışmazlığı yarana bilər.
Oğlaq - təkbaşına çalışmağa can atın. Pozitiv yeniliklər tərəfdaşların aktivliyi, onların yeni ideyaları və təşəbbüsləri ilə bağlı ola bilər. Güzəştə getməyin. Belədə daha çox imkanlar əldə etmək şansı yaranır.
Dolça - ailə üzvlərinin davranış və ya əməllərinə əsəbləşməyin. Əks cinsin mənsubu ilə münaqişə ola bilər. Təsir edə bilməyəcəyiniz şərtlərlə bağlı həqiqət üzə çıxacaq. Güzəşt məcburiyyəti yarana bilər. Qalmaqal və davaya meylli olan insanlardan uzaq qalın.
Balıqlar - həyatınızda yeni intriqa yaranır, gərginlik artır. Bütün qarışıqlar, ziddiyyətlərin bu gün çözüləcəyini düşünməyin. Mübahisə, qəfil problemin aradan qaldırılması üçün təcili iş istisna deyil.