Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 06.04.2017

Bu günə olan bürclər 06.04.2017

Bu günə olan bürclər 06.04.2017


Qoç - yeni ideyaların təqdimatına, xüsusilə də uğurlarınızı nümayiş etdirməyə tələsməyin. Şəxsi münasibətlərdə pərdələməyə və bir qədər təxirə salmağa çalşıdığınız məlumat üzə çıxacaq, nəqafil olaraq hər şeyi deyəcəksiniz. Gərgin münasibətlərdə böhran ehtimalı var.

Buğa - vəziyyət axşam saatlarına qədər gərginləşməyə davam edəcək. İşin maraqları çərçivəsində hərəkət edin. İnsanlara və hadisələrə məhdud eqoizm çərçivəsindən baxmayın. Yaxınlarınız və ailə üzvlərinizin maraqlarını da nəzərə alın.

Əkizlər - işlər və görüşlər günüdür. Alış-veriş edə bilərsiniz. Gün "dolu" olacaq, amma bəzi vəziyyətlər sizi təbdən çıxara bilər. Yaxın ətrafınızdakı insanlar qaradinməz olacaq, yalnız öz maraqlarını düşünəcəklər.

Xərçəng - ailədəki münasibətlər gərilə bilər. Sərt eyhamlar etməyin, tənqidə yol verməyin. Konkret işə diqqəti yönəltsəniz, gün sizi sevindirəcək. Bizneslə məşğul olanlar yeni mərhələyə qədəm qoyacaqlar.

Şir - bu gün oturaq iş üçün deyil. Hesabatın verilməsi, səfər, toplantı, məsləhətləşmə, işgüzar görüş, dövlət qurumlarında problemin həll olunması üçün əlverişli gündür.

Qız - diqqəti əsas məsələyə yönəldin. Lakin imkan daxilində kiçik, fəqət gərəkli işləri görün. Məmurlarla çoxsaylı təmaslar tələb edən işi başa vurmağa tələsin.

Tərəzi - kollektiv müzakirələr həll yolunun fərdi şəkildə aranmasından daha əfsəldir. Axşam saatlarını evdə keçirməyin, açıq havaya çıxın. İşlərin gedişatını yaxın insanla müzakirə edin.

Əqrəb - çətin və çox zəhmət tələb edən işlər, çıxış, səfəri bu günə salmaq olar. Gün ərzində əhvalınız qəflətən dəyişə bilər. Mühit sizi yaxın ətrafınızla birləşdirən maraq və məqsədlərdən asılı olaraq gərgin, cazibədar və ya sevincli ola bilər.

Oxatan - səmimi olun, amma sonradan peşmançılıq hissi keçirməyinizə rəvac verə biləcək sözlər deməyin, hərəkətlər etməyin.Problemlərin alternativ həll yollarını arayın. Dostların təriflərinə çox uymayın, bədxahların tənqidlərinə fikir verməyin.

Oğlaq - bütün hallarda və vəziyyətlərdə yaxşı formada olmağa çalışın. Münaqişələrdə güzəşt variantını seçin. Əgər çətin deyilsə, qarşınızdakı insanı anlamağa çalışın.

Dolça - şərait sizi daha aktiv olmağa, irəlidə hərəkət etməyə, sürətli qərarlar verməyə vadar edəcək. Danışıqlarda və toplantılarda emosional olmayın, səsinizi yüksəltməyin. Konkret razılaşma əldə etməyə çalışın.

Balıqlar - kombinasiyalar qurun, düşünün, təhlil edin, işlək sistemi formalaşdırmağa çalışın. Yerdəyişmə, hərəkət, səfər, ezamiyyət üçün əlverişli vaxtdır. Bu gün güclü yenilənmə potensialı var. Həyatınızda sizi nə isə qane etmirsə, o problemi həll etməyə başlayın, günü günə satmayın.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ