Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 24.03.2017

Bu günə olan bürclər 24.03.2017

Bu günə olan bürclər 24.03.2017



Qoç - yeni tanışlıqlar mümkündür. Öz məqsədlərini reallaşdırmaq və mənafelərini təmin etmək üçün sizdən yararlanmaq istəyən adamların sui-istifadə cəhdlərinin baş tutmasına rəvac verməyin.

Buğa - alış-verişdə bədxərclik etməyin. Ailə üzvləri və yaxınlarınızla təmaslarda sayğılı olun, emosiyalara qapılmayın. Axşam saatlarında yaşanan günün yorğunluğunu çıxardın. Yatmazdan əvvəl çox yeməyin.

Əkizlər - çox ağır gündür. Problemlər sanki yarışa giriblər və onların sayı ilk baxışdan azalmaq bilmir. Bir problemi həll etməmiş, başqası peyda olur və onun da çözülməsi yeni qüvvə, yeni səy və ən başlıcası, vaxt tələb edir.

Xərçəng - məhz vaxt bu gün ən ciddi ehtiyac etdiyiniz nəsnəyə çevriləcək. Zamandan səmərəli istifadə etmək üçün görüləcək işləri sıralayın. Bir işi başa çatdırmamış yenisinə başlamayın.

Şir - vədlər verməyin, çünki verilən sözü mütləq tutmaq gərəkdir və elə ola bilər ki, bəzi vədləriniz sizdən asılı olmayan səbəblər ucbatından yerinə yetirilməsin.

Qız - evdəki problemləri həll etməyə başlayın. Həmin problemlər adi məişət qayğılarıdır və onların ailə üzvlərinə zəhmli olduğunuzu göstərmək yolu ilə çözüləcəyini əsla düşünməyin.

Tərəzi - Həllini tələb edən işlər var. Bu işləri siz görməlisiniz və ailə üzvlərinizin də həmin problemlərdə heç bir günahı yoxdur. Sakit, soyuqqanlı olun.

Əqrəb - səhər saatlarına yorğun başlaya bilərsiniz. Yorğunluq dünənki işlərin əks-sədasıdır. Səbəbləri araşdırdınız? Bəlkə yorğunluğun nəticəsi stressdir və ondan qurtulmaq üçün sağlamlığınızın qeydinə qalmalısınız?!

Oxatan - həllini tələb edən problemlərin sayını sürətlə azaltmağa çalışın. Gələn telefon zəngləri arasında biri sizi sinirləndirə bilər.

Oğlaq - işdə və ya təhsil zamanı sosial şəbəkələrə qatılmayın. Bu, mənfi emosiyalarınızı artıra bilər. Başqalarının problemləri ilə bağlı müzakirələr, yad adamların fikirlərinin dəyərləndirilməsi bu gün üçün əlverişli davranış deyil.

Dolça - işdə maraqlı təklif ala bilərsiniz. Həmin təklifi dəyərləndirməzdən əvvəl bütün təfərrüatları və detalları götür-qoy edin, müsbət yönlərin mənfi cəhətlərdən və potensial risklərdən artıq olduğunu təsbit edin.

Balıqlar - qəfil problem yarana bilər. Lütfən, sakit, soyuqqanlı olun. Ani emosiyaların davranışlarınızı idarə etməsinə, ağlınıza hakim kəsilməsinə yol verməyin.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ