Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 22.03.2017

Bu günə olan bürclər 22.03.2017

Bu günə olan bürclər 22.03.2017



Qoç - itkilərlə barışmalı olacaqsınız. İşgüzar tərəfdaşlar və yaxın insanlarınızla münasibətlərdə problemlər yarana bilər. Köhnə müttəfiqlərdən birini itirə bilərsiniz.

Buğa - ailə üzvləri ilə ünsiyyətdən həzz almağa çalışın. Axşam gəzintisi, romantik saatlar əhvalınız üçün düşərlidir. Evdən tək çıxsanız, yeni tanışlıq baş tuta bilər.

Əkizlər - nigarançılıq hissləri olsa da, o hisslərin əsirinə çevrilməyin. Gün ərzində yaşanacaq hadisələrin məcrasından çıxmaq üçün özünüzdə qüvvə tapın.

Xərçəng - səhər saatlarından nikbin olsanız, ulduzlar sizə pozitiv emosiyaları hədiyyə edəcək. Bununla belə, sərvaxt və sayıq olun. Təlaşa düşməyin, narahatlıq keçirməyin.

Şir - yaradıcılıqla bağlı ideyaları reallaşdırmaq olar. Lakin o ideyalar sizin olmalı, orijinallığı ilə fərqlənməlidir. Başqalarının ideyalarını mənimsəməyə, kimisə təqlid etməyə çalışmayın. Kor-koranə təqlidin nəticələri təhlükəli və zərərli ola bilər.

Qız - sizi və yaxınlarınızı çoxdan bəri narahat edən problemi həll etmək üçün uğurlu gündür. Sürətlə, effektiv fəaliyyət göstərin, şübhələrə və boş söhbətlərə vaxt sərf etməyin. İstənilən forma, məqsəd və məzmunlu danışıqlar üçün əlverişli gündür.

Tərəzi - cəhər saatlarından etibarən fəal olun. Bütün problemləri həll etməyə can atmayın, amma başqalarına da güvənməyin. Günün ikinci yarısı romantik görüş, gəzinti və dost görüşləri üçün əlverişlidir. Yaxşı tanıdığınız insanlarla ünsiyyətlə kifayətlənsəniz, pis olmaz. Yeni tanışlarla dil tapmaq asan deyil.

Əqrəb - günün ilk yarısınlda aktiv olun. Yarımçıq məsələləri çözün. Aktual məsələləri sakit nəzərdən keçirin. Tapşırılmış işi müstəqil şəkildə görə bilərsiniz. Bir şərtlə ki, sizə kimsə mane olmasın.

Oxatan - bu gün işdə ciddi uğurlara nail ola bilərsiniz. Amma bunun üçün həmkarlarınız və iş yoldaşlarınızla mübahisə etməyin, münasibətləri aydınlaşdırmağa çalışmayın, onlarla ümumi dil tapmağa çalışın.

Oğlaq - istənilən birgə fəaliyyət və əməkdaşlıq, fikir və rəy birliyi insanları yaxınlaşdırır, münasibətləri möhkəmləndirir. Kiçik miqyasda alış-veriş etmək olar. Kiməsə hədiyyə vermək üçün əşya ala bilərsiniz.

Dolça - valideynlər və ya yaşlı qohumlarla mübahisələr istisna deyil. Əsla düşünməyin ki, onlar sizə qarşı aqressiv, neqativ mövqe tutublar. Səbrli olun, emosiyalara qapılmayın.

Balıqlar - həllini tələb edən məsələlər çoxdur. Gün yorucu, mürəkkəb, usandırıcıdır. Yaxın insanlarla fikir ayrılığı yarana bilər. Maliyyə, əmlak məsələləri və ya gələcəklə bağlı planlar müzakirə edilərkən ümumi fikrə gəlmək çətin olacaq.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ