Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 15.03.2017

Bu günə olan bürclər 15.03.2017

Bu günə olan bürclər 15.03.2017


Qoç - bütün hallarda və vəziyyətlərdə yaxşı formada olmağa çalışın. Münaqişələrdə güzəşt variantını seçin. Əgər çətin deyilsə, qarşınızdakı insanı anlamağa çalışın.

Buğa - səmimi olun, amma sonradan peşmançılıq hissi keçirməyinizə rəvac verə biləcək sözlər deməyin, hərəkətlər etməyin. Problemlərin alternativ həll yollarını arayın. Dostların təriflərinə çox uymayın, bədxahların tənqidlərinə fikir verməyin.

Əkizlər - çətin və çox zəhmət tələb edən işlər, çıxış, səfəri bu günə salmaq olar. Gün ərzində əhvalınız qəflətən dəyişə bilər. Mühit sizi yaxın ətrafınızla birləşdirən maraq və məqsədlərdən asılı olaraq gərgin, cazibədar və ya sevincli ola bilər.

Xərçəng - kollektiv müzakirələr həll yolunun fərdi şəkildə aranmasından daha əfsəldir. Axşam saatlarını evdə keçirməyin, açıq havaya çıxın. İşlərin gedişatını yaxın insanla müzakirə edin.

Şir - diqqəti əsas məsələyə yönəldin. Lakin imkan daxilində kiçik, fəqət gərəkli işləri görün. Məmurlarla çoxsaylı təmaslar tələb edən işi başa vurmağa tələsin.

Qız - bu gün oturaq iş üçün deyil. Hesabatın verilməsi, səfər, toplantı, məsləhətləşmə, işgüzar görüş, dövlət qurumlarında problemin həll olunması üçün əlverişli gündür.

Tərəzi - yaxın ətrafınızdakı insanlar qaradinməz olacaq, yalnız öz maraqlarını düşünəcəklər. Ailədəki münasibətlər gərilə bilər. Sərt eyhamlar etməyin, tənqidə yol verməyin. Konkret işə diqqəti yönəltsəniz, gün sizi sevindirəcək.

Əqrəb - işlər və görüşlər günüdür. Alış-veriş edə bilərsiniz. Gün "dolu" olacaq, amma bəzi vəziyyətlər sizi təbdən çıxara bilər.

Oxatan - vəziyyət axşam saatlarına qədər gərginləşməyə davam edəcək. İşin maraqları çərçivəsində hərəkət edin. İnsanlara və hadisələrə məhdud eqoizm çərçivəsindən baxmayın. Yaxınlarınız və ailə üzvlərinizin maraqlarını da nəzərə alın.

Oğlaq - yeni ideyaların təqdimatına, xüsusilə də uğurlarınızı nümayiş etdirməyə tələsməyin. Şəxsi münasibətlərdə pərdələməyə və bir qədər təxirə salmağa çalşıdığınız məlumat üzə çıxacaq, nəqafil olaraq hər şeyi deyəcəksiniz. Gərgin münasibətlərdə böhran ehtimalı var.

Dolça - planlaşdırılmış işlərin əksəriyyətini nahara qədər bitirməyə çalışın. Anlaşmaların pozulması, razılaşmaya əməl olunmaması, fikirlərin dağılması, emosiyaların məntiqdən üstün olması ehtimalı var.

Balıqlar - sayıq olun, tələsik qərarlar verməyin, rəqibin sizi üstələməsinə şərait yaratmayın. Stereotip qərarları dəstəkləməyin. Yeni təfərrüatlar sizə dəxli olan insan və ya hadisə ilə bağlı fikrinizi dəyişə bilər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ