Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 15.02.2017

Bu günə olan bürclər 15.02.2017

Bu günə olan bürclər 15.02.2017



Qoç - həyat eşqi və enerjiniz çoxdur. Məntiqli davranın, enerjinizi yanlış istiqamətə yönəltməyin. Əsəb və gərginlik yüksək səviyyədə olacaq, fəaliyyətnizdə xaotiklik müşahidə ediləcək.

Buğa - işlərinizdə hansısa formada ciddi nəticələrə nail olmaq istəyirsinizsə, ağıllı və təcrübəli insanın məsləhətlərinə qulaq asın. Maliyyə baxımından pis gün deyil. Gəlir əldə edilməsi, köhnə borcun qaytarılması istisna deyil.

Əkizlər - müqavilə, anlaşma, sövdələşmə, daşınmaz əmlak almaq, köç və ya iş yerini dəyişmək üçün əlverişli gündür. Axşam saatlarında istirahət edin, yorğunluqdan qurtulun, qüvvəninizi bərpa edin.

Xərçəng - məqsədə aparan yolda qarşılaşdığınız çətinliklər və sədlər sizi qorxutmasın. Yaxın vaxtlarda reallaşdırılması mümkün olan parlaq ideyalar yaranır.

Şir - işlərinizin öhdəsindən gəlməklə yanaşı, yaxın ətrafınızdakı insanlara da həvəslə yardım edin. Alış-veriş üçün uğurlu gündür. Özünüzlə yanaşı, yaxınlarınıza da əşyalar ala bilərsiniz. Seçimdə yanılmayın.

Qız - gün sürprizlərlə zəngindir. Onların əksəriyyəti xoşdur. Gözlənilməz olaylar sizi çaşdırmasın. İstənilən situasiyada dərhal doğru yönü seçin, asanlıq və çevikliklə improvizə edin.

Tərəzi - çox uğurlu və yüngül, rahat gün deyil. Bununla belə, ağır problemlərlə qarşılaşmaq şansı azdır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyəti yaranır.

Əqrəb - həmin işlərin hamısı diqqət və həssas münasibət tələb edir. İşlərin öhdəsindən gələcək, amma yorulacaqsınız.

Oxatan - işgüzar görüşlər və danışıqlar üçün əlverişli gün deyil. Dürüst yol və ton seçmək, qarşı tərəflə ümumi dil tapmaq asan deyil.

Oğlaq - daşınmaz əmlak və istənilən əmlakla bağlı sövdələşmələr, əməliyyatlar məsləhət deyil. Axşam saatlarında travma təhlükəsi var. Buna görə də mürəkkəb mexanizmlər və kəskin alətlərlə işləməkdən imtina edin.

Dolça - sakit və rahat gündür. Maraqlı imkanlar yaranır. Bu imkanları görün, şansı əldən verməyin. Yaşam potensialı artır. Enerjinizə həsəd aparmaq olar.

Balıqlar - bu enerjini quruculuğa, yaşam irerarxiyasında irəliləməyə yönəldin. Uğurlar əhvalınızı yaxşılaşdıracaq, kefinizi kökəldəcək.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ