Qoç - emosional baxımdan zəngin gün olduğundan istənilən məsələnin həlli çətinləşir. Amma stressin öhdəsindən gəlmək çətin olsa da, mümkündür.
Buğa - gün uğurla başlamasa belə, bütün çətinliklərin öhdəsindən gəlin. İşdə ən çətin, qəliz məsələlərin həllində ən uğurlu variantı arayın.
Əkizlər - vəziyyət gərginləşə bilər. Fəndgir, sayıq, məntiqli davranın. Planlarınızı kimsə ilə bölüşməyin.
Xərçəng - niyyətləriniz başqaları üçün nə qədər mübhəm qalarsa, məqsədə çatmaq üçün sərf edəcəyiniz səylər bir o qədər az olacaq.
Şir - alış-veriş və investisiyalar üçün uğurlu vaxtdır. Bədxərclik etməyin. Dostlar və tanışlar sizdən yardımları minnətdarlıqla qəbul edəcək, məsləhətlərinizi dinləyəcəklər.
Qız - əməkdaşlıq, işgüzar danışıqlar, həmfikir və müttəfiq axtarışları üçün əlverişli gündür. Yeni tərəfdaş və ya işinizə maliyyə dəstəyi verəcək insan tapacaqsınız. İşgüzar mövqelərinizi möhkəmləndirin.
Tərəzi - yeni imkanlar yaranır. İşinizi daha çox maaşlı yerə dəyişmək, yaxud da karyera pilləkəni ilə yüksəlmək şansları yaranır.
Əqrəb - ev işlərinin öhdəsindən gəlin. Çətinlik yaranarsa, ailə üzvlərinə müraciət edin. Axşam saatlarında istirahət və əyləncəni unutmayın. Pozitiv emosiyalar və yeni tanışlıqlar istisna deyil.
Oxatan - çoxsaylı, planlaşdırılmamış və qəfil görüşlər olacaq. İstənilən situasiyada yüksəkdə, özünüzü ən yaxşı yöndən təqdim etməyə hazır olun.
Oğlaq - işdə həmkarlar və rəhbərliklə yaranan problemləri dərhal həll edin, münaqişə və qarşıdurmalara səbəb olmayın.
Dolça - tanışlarınız dəyərli məsləhətlər verə bilərlər. İşlə bağlı, habelə şəxsi münasibətlər çərçivəsində mühüm xəbər ala bilərsiniz.
Balıqlar - qonaq qəbul etmək, yaxınlarınızı və ailə üzvlərinizi sevindirmək olar. Yanınızda kimsəni darıxmağa qoymayın.