Qoç - hadisələr və nəsnələrin ikili mahiyyətini görüb etiraf edin. İndi işlərin hamısı sizin üçün və sizə qarşı olmasa da, sayıq olun. Maraqlarınıza ciddi şəkildə toxuna biləcək ünsürü diqqətsiz qoymayın.
Buğa - Mars və Deymosun münasibətləri vurnuxmanı, tələskənliyi unutmağınızı məsləhət bilir. Kimə nə dediyinizi düşünün, hətta ədalətli olsa da, sərt tənqidə yol verməyin.
Əkizlər - yanlış dediyiniz söz sizə qarşı istifadə olunacaq. Gün ərzində əhvalınız dəyişəcək. Səhhətinizlə bağlı problem yarana bilər. Yaşam və ya iş məkanının heç olmasa bir hissəsində qayda yaradın. Gərəksiz əşya və hisslərin bəzilərindən qurtulmağa çalışın.
Xərçəng - yeni işə başlayın, amma istirahətə də lazımınca vaxt ayırın. Faydalı vərdişlər və əlaqələri bərpa edin. Axşam saatlarında açıq havada dolaşın, gəzintiyə çıxın.
Şir - Saturn və Veneranın münasibətləri emosiyalarla zəngin gün vəd edir. Qrafikdən kənara çıxmayaraq planlaşdırılan bütün işləri yerinə yetirmək üçün səy göstərməli olacaqsınız.
Qız - heç nəyi təxirə salmayın, sabaha saxlamayın. Əks təqdirdə yaxın günlərdəki gərginlik və stressi artıra bilərsiniz. Əlavə işlərə başlamağa çalışmayın. İndi müxtəlif öhdəlikləri sıralamaq vaxtı deyil.
Tərəzi - izafi aşkarlığa aludə olmayın və sizə təsir etmək istəyən insanlara, intriqalarla münaqişələr yaratmaq istəyənlərə şans verməyin. Faydalı işlə məşğul olan, inandığınız insanlarla ünsiyyətdə olun.
Əqrəb - yeni faydalı vərdişləri əxz edin, səhhətinizlə məşğul olun. Qənaətcil olun, bədxərclik etməyin.
Oxatan - Haron və Ayın münasibətləri günün dəyərləndirilməsində intuisiyanıza etibar etməyinizi istəyir. Enerjinizi boş işlərə sərf etməyin, mümkün qədər çox faydalı iş görməyə çalışın.
Oğlaq - imkanları əldən buraxmamaq üçün mühüm və məqsədyönlü iş görməli olacaqsınız. Poçt qutularınızı yoxlayın: gözlədiyiniz, gərəkli məlumat gələ bilər. İşdən savayı, ev qayğıları və şəxsi münasibətlər də diqqət, qayğı tələb edir
Dolça - zamanı ünsiyyətlə zənginləşdirin. Sevdiyiniz insanla söhbətlər də yeni təəsüratlar bəxş edə bilər. Sensitiv davranışlı insanların yuxusu çin olacaq.
Balıqlar - səslənən və alınan təkliflərə dərhal inanmayın. Düşünün, situasiyanı dəyərləndirin. Məntiqni nəticəyə ciddi ehtiyac var. Maaş artımı üçün gərəkli adımları atın. Dəyər verilməyən yerdə qalmayın.