Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 03.02.2017

Bu günə olan bürclər 03.02.2017

Bu günə olan bürclər 03.02.2017



Qoç - diqqəti əsas məsələyə yönəldərək qüvvə, imkan və vaxtınızı boş işlərə sərf etməyin. Çətinlik və problemlərin müsbət enerji axınına mane olmaması üçün günün ikinci yarısında fəaliyyət intensivliyini bir qədər azalda bilərsiniz.

Buğa - Pasife və Ledanın münasibətləri sakit, rahat gün vəd edir. Yaranmış imkanlardan işlərin intensivləşdirilməsi, başa çatan məsələlərin nizama salınması üçün istifadə edin. Planları yaşanan situasiyaya uyğun dəyişin.

Əkizlər - səbrli və soyuqqanlı davranış problemlərin yaranmasının qarşısını alacaq, işdə və ailədə ab-havanı yaxşılaşdıracaq. Hansısa ədalətsizliklə bağlı qəmginlik, umu-üsü bugünkü işlərin öhdəsindən gəlməyə mane ola bilər.

Xərçəng - narahatlıq mənbəyini aramayın. Sizə maraqlı gələn, nəticəsindən razı qala biləcəyiniz işlə məşğul olun.

Şir - Kallisto və Mimasın münasibətləri bu gün sizi gündəlik işə yönəldir. Diqqət və təmkinli, lakin ciddi iş konkret nəticələr verə bilər.

Qız - məlumatın sistemləşdirilməsi və qaydaya salınmasına fikir verin. Müzakirə ilə danışıqlarda xırdalıqlarla təfərrüatlar ön plana çıxacaq. Ona görə də ciddi hazırlaşın.

Tərəzi - Əlavə tapşırıqlar, qayğılar və xüsusilə də səhhətlə bağlı kiçik problemlər istisna deyil. Özünüzü yormayın. Axşam saatlarında yolda əlahiddə dərəcədə ehtiyatlı olun.

Əqrəb - Lisiteya və Enseladın münasibətləri hadisələri ənənəvi məcrada inkişaf etdirəcək. Heç nəyi ciddi şəkildə dəyişməyin. Amma indi olayların əhəmiyyətli dərəcədə asılı olduğu nüanslar və təfərrüatları izləyin, ehtiyac yaranarsa, onları yönləndirin.

Oxatan - informasiya axtarışına daha çox diqqət və vaxt ayırın. Ünsiyyət və təmas çevrənizi məhdudlaşdırmayın. Görüş dəvətlərindən imtina etməyin, danışıqlar aparın.

Oğlaq - eyni zamanda, vədlərinizi və bilavasitə məsul olduğunuz işləri də yerinə yetirin. Axşam saatlarında dostlarla birlikdə istirahət edin. İmicinizə fikir verin.

Dolça - Neptun və Haumeanın münasibətləri sakit, vurnuxma və ifrat emosiyalardan kənar çalışmağı tələb edir. Planlarınızda olmayan işi görməyiniz üçün sizə təsir, təzyiq ola bilər. Sizə vəzifə borcunu xatırladacaq, qayğı tələb edəcəklər.

Balıqlar - yaxın ətrafınızdakı insanlar qayda və şərtləri sizə bəlli olmayan oyunlara başlaya bilərlər. Ünsiyyətdən yorulmağa başlasanız, məşğul olduğunuzu bildirin, istismar olunmağınıza yol verməyin.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ