Qoç - siz və həmfikirləriniz uğur əldə edə bilərsiniz. Batininizdəki enerjini çölə çıxarsanız, daha aktiv fəaliyyət alınar. Hissiyatınıza güvənin - o, sizə doğru yol göstərəcək. Problemləri həll edin, işlərdə zəif "bənd"i tapın.
Buğa - bütün "cəbhə"lərdə işləri başa vurmağa çalışsanız, səhhətiniz zərbə ala bilər. Maraqlar dairəsini məhdud dairədəki işlər və tapşırıqlarla müəyyənləşdirin. İşdən sonra stressdən qurtulmağa imkan verən istənilən məşğuliyyət yaxşıdır.
Əkizlər - başladığınız hər işi tamamlayın. Yaxın ətrafınızdakı insanlar sizi yeni əməllərə, cari işdə yeni ideyaların axtarışına təşviq edə bilərlər. Lakin planlarınızın reallaşmasında müttəfiq sizdən uzaqdakı insan olacaq.
Xərçəng - Ay və Oxatanın münasibətləri intellektual məşğuliyyətlə yanaşı, fiziki işlər üçün də əlverişlidir. Axşam saatlarında apatik, ətalətli istirahəti seçməyin. Aktiv olun.
Şir - maraqlı hadisələrin axarına düşərək yeni imkanlardan ruhlana bilərsiniz. Maraqlarınız və gözləntiləriniz hazırda sizdən uzaq olan nəsnə ilə bağlıdır. Həmin nəsnə hələlik əlçatmaz, amma istəniləndir.
Qız - bu gün axtarışda olmaq yaxşıdır. Yeni xəbərlər gözləyin. İnformasiya cazibədar olacaq, planları dəyişəcək. Axşama yaxın emosional ləngər vurma, bunun nəticəsi olaraq qəfil həllər və addımlar mümkündür.
Tərəzi - kiməsə yardım etmək, başqasının işini görmək ehtiyacı yarana bilər. Axşam saatlarında özünüzə diqqət yetirin. İmicinizin yaxşılaşdırılması yollarını düşünün.
Əqrəb - günün narahatlığı, işin gərginliyinin müqabilində yaxşı pul əldə etsəniz, rahatlaşacaqsınız.
Oxatan - çox rahat gündür. Məhsuldarlığa nail olmaq istəsəniz, diqqətinizi daha çox cəmləməli, aktiv çalışmalısınız. Sizə maraqlı gələn işlə məşğul olmasanız, rəqibi qabaqlamağa can atın.
Oğlaq - dəyərli təəssüratlar üçün uzağa yollanmağa ehtiyac yoxdur - hər şey yaxınlıqdadır. Çoxdan bələd olduğunuz nəsnələrin əslində indiyədək bəlli olmayan yönlərini anlamağa, görməyə çalışın. Axşam saatlarında sevimli insanı kiçik hədiyyə ilə sevindirin.
Dolça - yaxın ətrafınızdakı insanları yeniliklərin qaçılmazlığına inandırmaq istəyirsinizsə, arqumentləriniz və sübutlarınız maraqlı olmalıdır. Şəxsi həyatda dəyişikliklər ola bilər.
Balıqlar - maraqlı hadisələrin axarına düşəcək, ilham hissini duyacaq, yeni imkanlardan şövq alacaqsınız. Maraqlarınız və gözləntiləriniz indi yaxında olmayan nəsnə ilə bağlıdır.