Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 31.12.2016

Bu günə olan bürclər 31.12.2016

Bu günə olan bürclər 31.12.2016



Qoç - hadisələri tələsdirməyin, süni təkanlardan yararlanmağa çalışmayın. Situasiyanın yaratdığı imkanlardan istifadə edin. Ünsiyyət üçün xoş vaxt keçirməklə yanaşı, yeni məlumat və dəyərli informasiya ala biləcəyiniz məclisi seçin.

Buğa - qeyri-adi şəraitdən yararlanaraq situasiyanı öz xeyrinizə dəyişin. Bilik və bacarıqlarınızı nümayiş etdirin, yaxın ətrafınızdakı insanları maraqlandırın. Məqsədə çatmaq üçün təşəbbüskar olun.

Əkizlər - əyləncə və istirahət istəklərini təxirə salın. Bu gün gərgin iş zamanıdır. Dostlarla ünsiyyətdə olun, ümumi layihə ilə bağlı yaranmış suallara cavab arayın. Bir sıra işgüzar məsələləri həll etmək olar.

Xərçəng - alış-veriş, zəruri əşyalar almaq üçün yaxşı gündür. Şəxsi münasibətlərdəki sərinliyi aradan qaldırın. Qayğıkeş olun, sevdiklərinizə hədiyyələr verin.

Şir - maraqlandığınız insanla görüşərək rutin mövzular çərçivəsini genişləndirmək mümkündür. Qarşılıqlı münasibətlərə yeni stimul və ideyalar qatın.

Qız - iradəli, qətiyyətli olun. Aktiv çalışın. Konkret planlarınızı reallaşdırmaq üçün cəsarətlə davranın. Belə olarsa, işlərdə irəliləyişə nail olacaqsınız.

Tərəzi - etibar etdiyiniz insanlarla çalışın. Xərclər artacaq. Şəxsi münasibətlərdə diqqətin formal izharı xüsusi məna kəsb edir. Yardım və dəstəyə ehtiyacı olana kömək edin. Situasiyadan asılı olaraq rol bölgüsü aparmaq olar.

Əqrəb - rasional olun, məntiqli davranın. Münasibətlərdə və işlərdə orijinal yanaşmanı nümayiş etdirin. Qeyri-adi planı reallaşdırmaq üçün yaxşı gündür. Sevdiyiniz insanı və yaxınlarınızı sevindirin.

Oxatan - yeni və gərəkli avadanlıq, əşyalar almaq olar. Yaxınlarınızla, ailə üzvlərinizlə məsləhətləşin. Ümumi planları və məsələləri nəzərdən keçirmək olar. Axşam saatlarında dostlarla görüş pis olmaz. Bədxərclik etməyin.

Oğlaq - bütün diqqəti işə yönəldin. Həllini tələb edən və yarımçıq qalmış layihəni başa vurun. Ev işləri də az olmayacaq. Enerjinin bir qismini yaşam məkanının yenilənməsinə, köhnə əşyalardan qurtulmağa sərf edin.

Dolça - etiraflar və emosiyaların tarıma çəkilməsi yolverilməzdir. Nəzərdə tutduğnuz istiqamətdə irəliləmək üçün iradəli olun. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. İnteryerdə dəyişikliklər etmək olar.

Balıqlar - işlərinizi sahmana salın, prosesdə qayda yaradın. Saatlar keçdikcə diqqəti yeni obyektlərə yönəltmək olar. Aktiv çalışmaq, səfər, işgüzar görüşlər üçün yaxşı zamandır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ