Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər   01.11.2016

Bu günə olan bürclər 01.11.2016

Bu günə olan bürclər   01.11.2016


QOÇ - Astroloji göstəricilər yalnız qonaqlıq və səfərlər üçün uğurlu ərəfə olduğunu bildirir. Odur ki, digər işlər barədə baş sındırmağa dəyməz. Sizi gözləyənləri şad edin.

BUĞA - Ulduzların düzümü maraqlı insanlarla rastlaşma ehtimalınızdan xəbər verir. Amma onların arasında bir neçəsi ovqatınızı aşağı salmağa çalışa bilər. Bu səbəbdən uzaqgörən və dözümlü olun.

ƏKİZLƏR – Göy qübbəsi yalnız ailə-sevgi məsələlərində uğurlara yaxın olacağınızı bildirir. Fəaliyyətdə və ya digər münasibətlərdə isə vəziyyət heç də qənaətbəxş olmayacaq. Səfərə çıxmayın.

XƏRÇƏNG - Təxminən saat 14-ə qədər özünüzü gərgin situasiyalardan qorumağa çalışın. Sonrakı ərəfədə sevindirici xəbər eşidəcəksiniz. Maraqlı təkliflər də gözlənilir.

ŞİR - Daxili tərədüdləriniz ümumi sabitliyinizi pozmaqdadır. Nəyi, necə edəcəyinizi müəyyənləşdirə bilmirsiniz. Odur ki, həyata açıq gözlə baxın. Enerjinizi daha çox sevgidən alın.

QIZ – Maliyyə problemlərinizin artması ümumi ovqatınızda mənfi çalarlar yaratmaqdadır. Azacıq səbr edin, yaxın vaxtlarda kisəniz ağırlaşacaq. Əsas diqqəti münasibətlərə yönəldin.

TƏRƏZİ - Dünəndən mənfi enerjili Ay bürcünüzdə olduğundan fəaliyyətinizdə bəzi neqativliklər ola bilər. Əzm göstərin ki, nəticə uğurlu olsun. Axşam ürəyinizə yaxın simsarlarınıza baş çəkin.

ƏQRƏB - Mövcud problemlərinizi həll etmək üçün kənardan dəstək almalısınız. Əks təqdirdə uğursuzluqla üzləşəcəksiniz. Saat 14-17 aralığı bu baxımdan olduqca əlverişlidir.

OXATAN - Hiss olunur ki, səhhətiniz ürəkaçan deyil. Lakin narahatçılığa əsas yoxdur. Çünki bütün hallarda həkim əlinə düşməyəcəksiniz. Nahardan sonra şad xəbər eşidəcəyinizə inanın.

OĞLAQ – Qarşınızda füsunkar bir təqvim var. Bəxtinizə inanırsınızsa risk etməyə dəyər. Çünki gözlənilməz sürprizlər yolunuzu gözləyir. İstənilən ikitərəfli əməkdaşlıq uğurludur.

SUTÖKƏN - Yaxşı olar ki, saat 13-ə qədər bütün vacib işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sonrakı saatlarda isə perspektivli sövdələşmələrin iştirakçısı olacaqsınız.

BALIQLAR - İxtiyarınızda olduqca gərgin bir gün durur. Bəri başdan bütün vacib işlərinizi təxirə salın. Münaqişələrə həvəs göstərməyin, neytral olmağa çalışın. Bəxtinizdə pul da var.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ