Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 31.10.2016

Bu günə olan bürclər 31.10.2016

Bu günə olan bürclər 31.10.2016



QOÇ - Bu təqvimdə aktivliyinizi birə-beş qat artırmalısınız. Ona görə də şəxsi məqsədləriniz naminə müəyyən ünvanlara baş çəkməyiniz vacibdir. Əmin olun ki, sizə kömək edənlər tapılacaq.

BUĞA - İşgüzar sövdələşmələrdə iştirak etmək və gələcək planları götür-qoy etmək üçün səmərəli gündür. Axşamı bütünlüklə sevdiyiniz insanlara həsr edin. Onlarla birgə olmağa çalışın.

ƏKİZLƏR - Maliyyə problemlərinə görə darıxmayın. Ulduzlar yaxın vaxtlarda sizi varlandıracaq. Bu günsə evlə bağlı maneələrin həllinə çalışmalısınız. Səhhətinizə ciddi yanaşın.

XƏRÇƏNG - Kənardan kömək göstərən olmasa, hansısa cəhdinizin baştutma ehtimalı reallaşmayacaq. Ümumiyyətlə, bu tarixdə yalnız başqalarının məsləhətilə hərəkət etməlisiniz. Axşam qonaq getməyə dəyər.

ŞİR - Ümumi məziyyətlərinə görə xoş gündür. Bir şərtlə ki, işgüzar sövdələşmə və müzakirələrinizi bir kənara qoyasınız. Qarşılıqlı münasibətlərdə ürəyinizcə olan hadisələr mümkündür.

QIZ - Olduqca riskli gündür. Çıxardığınız qərarlar yaxın gələcək üçün taleyinizi həll edə bilər. Amma Göy qübbəsi haqqınızda nikbin əhval-ruhiyyədədir. Unutmayın ki, axşam saatlarına qədər Ay bürcünüzdə olacaq.

TƏRƏZİ - O qədər də uğurlu gün deyil. Maneələriniz çox olacaq. Danışıqlarda təşəbbüskarlığı əldə saxlayın ki, qalib olasınız. Əsas diqqətinizi maliyyə problemlərinə və səhhətinizə yönəldin.

ƏQRƏB - Fikir və düşüncələrinizdə qətiyyətli olsanız, hər hansı problemlə rastlaşmayacaqsınız. İqlimin təhərindən asılı olmayaraq günün ikinci yarısında qonaq getmək əlverişlidir. Mistikaya qapılmayın.

OXATAN - Şəxsi münasibətlərdə meydana çıxan mübahisəli situasiyalar nahardan sonra qismən də olsa, qaydasına düşəcək. Sadəcə, təmkin göstərmək lazımdır. Bu gün ziyarətgahlara getmək düşərlidir.

OĞLAQ - Astroloji göstəricilər ovqatınızın havadan asılı olduğunu bəyan edir. Dəyişkən havada çox durmayın, uzaq yola çıxmağa isə lüzum yoxdur. Özünüzü gərginliyə salmayın, qazanma imkanı var.

SUTÖKƏN - Ailə üzvlərinizlə müəyyən anlaşılmazlıqlarınız gözlənilir. Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Tanrıya zidd addımlardan əl çəkin ki, nicat tapasınız.

BALIQLAR - Qarşınızda duran öhdəliklərin çoxluğu sizi üzməməlidir. Əgər bu vəzifəni icra etməkdə tərəddüdünüz varsa, dost-tanışlarınızın məsləhətlərindən bəhrələnin. İndi sizə qətiyyət lazımdır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ