QOÇ – Saat 14-16 aralığını nəzərə almasaq, bu təqvim xeyrinizə işləyəcək. Özünüzü çıxılmaz durumda hiss etməkdənsə, reallığa uyğun addım atın. Başqalarının şəxsi həyatına müdaxilə etməyin.
BUĞA – Səbrli olmaq bir yerə qədərdir. Çünki həyatda elə məqamlar var ki, cəld reaksiya bildirməlisiniz. Saat 12-dən 16-ya qədər sizə belə bir taktika lazım olacaq. Həmsöhbətiniz olan hər adama etbar etməyin.
ƏKİZLƏR – Daha çox işgüzar bir təqvim kimi yadınızda qalacaq. Ötən həftədən yığılıb qalmış iş problemlərini yenidən hərəkətə gətirmək və sürətlə başa çatdırmaq lazımdır. Axşama doğru yolda diqqətli olun.
XƏRÇƏNG – Sənədləşdirmə işlərində bir qədər diqqətli olun, xüsusən də nahara qədər. Bunu bacarsanız, gün ərzində hər hansı probleminiz olmayacaq. Daxili sabitliyinizi qorumaq üçün yaxşı həmsöhbət seçin.
ŞİR – Qətiyyətli olmaq indi başlıca vəzifənizə çevrilməlidir. Əks təqdirdə sizə qarşı olanların sayı arta bilər. Günortadan sonra nəzərdə tutduğunuz planların həllinə doğru sürətli gedişiniz olacaq.
QIZ - Təxminən saat 12-yə daxili sabitliyinizi qoruyun, ələlxüsus da fəaliyyət müstəvisində diqqətli olun. Bunun öhdəsindən gəlsəniz, günün sonrakı saatlarında ümumi gedişatdan razı qalacaqsınız.
TƏRƏZİ – Maliyyə baxımından uğurlu gün hesab etmək olar. Bu səbəbdən pulla bağlı bütün planlarınızı hərəkətə gətirin. Ulduzların düzümü hazırkı mərtəbəyə gəlməyinizdə rolu olanları unutmamağı tövsiyə edir.
ƏQRƏB – Qarşınızda neytral bir gün durur. İştirakçısı olduğunuz proseslərdə qeyri-adi bir olay baş verməyəcək. Amma daha çox müsbət yönümlü mənzərə yaratmaq üçün səylərinizi artırmalısınız.
OXATAN – Himayənizdə olan kiçikyaşlıları diqqətdə saxlayın. Çünki kosmik fon bu gün uşaqların zədələnə biləcəyini bildirir və yalnız siz bunu əvvəlcədən duya bilərsiniz. Nahardan sonra büdcənizdə artım gözlənilir.
OĞLAQ – İş münasibətlərini şəxsi münasibətlərlə qarışdırmayın. Bu, nəzərdə tutduğunuz hədəflərə çatmaqda sizə mane ola bilər. Ağıllı və təcrübəli adamların məsləhətlərindən yararlanın. Bu gün səfərə çıxmayın.
SUTÖKƏN – Ağlınız kəsməyən hər hansı işə qol qoymayın. Son zamanlar təcrübəniz olmayan sahələrə girişməyini sizi pərt edə bilər. Günün ikinci yarısını sevgiyə, qohumluq münasibətlərinə həsr edin.
BALIQLAR – Günün ümumi mənzərəsi sizi qane etməyə bilər. Amma bütün daxili gücünüzü səfərbər etməklə bu gərginlikdən qurtula bilərsiniz. Xüsusən də nahardan sonra zamanı xeyrinizə dəyişmək imkanınız olacaq.