QOÇ - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə özünüzü çox da üzməyəsiniz. Əks təqdirdə səhhətinizlə bağlı xoşagəlməzliklər mümkündür. İstənilən mübahisədən uzaq olun. Əsasən istirahət edin.
BUĞA - Çox maraqlı bir gün yaşayacaqsınız. Bir tərəfdən hadisələrin zövqünüzlə uyğunlaşması, digər tərəfdənsə maraqlı insanlarla rastlaşmağınız ovqatınızı yüksəldəcək.
ƏKİZLƏR - Yeni görüşlər üçün səmərəli vaxtdır. Yaxşı olar ki, əvvəlcədən təyin edilmiş işgüzar sövdələşmələri təxirə salmayasınız. Məhəbbətdə səmimi olun və kənar təsirlərə baş qoşmayın.
XƏRÇƏNG - Bir qədər təzadlı məqamlar yaşayacağınız gözlənilir. Buna baxmayaraq, yeni işgüzar əlaqələrə başlamağınız daxili nikbinliyinizi artıracaq. Təcrübəli adamlardan yararlanın.
ŞİR - Dualarınızın sayını artırın, ziyarətgahlara gedin. Çalışın ki, Tanrıya zidd olan hərəkətlərə yol verməyəsiniz. Belə etsəniz, ağrı-acılarınız da sovuşub gedəcək. Uzaq yola çıxmayın.
QIZ - Astroloji göstəricilər gün ərzində səhhətinizlə bağlı problemlərin artacağını bildirir. Yaxşı olar ki, fiziki işləri təxirə salıb istirahətə üstünlük verəsiniz. Ac qalmayın.
TƏRƏZİ - Qeyri-adi heç nə gözlənilməsə də, gününüzü maraqlı etmək üçün canfəşanlığınızı artırmalısınız. Darıxdığınız adamların əhatəsində olun. Keçmiş problemlərdən danışıb özünüzü yormayın.
ƏQRƏB - Deyirlər insanın hər şeydən əli üzüləndə məhəbbət budağından yapışır. Ulduzlar da bu təqvim üçün sizə məhz həmin tövsiyələri təlqin edir. Qəlbinizi sevgisiz qoymayın, mərhəmət göstərin.
OXATAN - Bir qayda olaraq bu ərəfə şəxsi işlərinizdə əsaslı dönüş yaradır. Lakin bu, saat 14-dən sonra mümkün ola bilər. O vaxta qədərsə istənilən mübahisədən yayınmalı, ölçülü-biçili danışmalısınız.
OĞLAQ - Təxminən saat 15-ə qədər özünüzü təmkinli apara bilsəniz, gözlənilən təlatümlərdən qurtulacaqsınız. Sonrakı ərəfədə isə iki sürprizlə qarşılaşacaqsınız. Onların biri pulla bağlıdır.
SUTÖKƏN - Ola bilsin ki, çoxdan görmədiyiniz xeyirxah adamlarla rastlaşasınız. Belə olarsa, öz problemləriniz haqqında onlara danışmaq olar. Bu gün savab işlərinizin sayını artırın.
BALIQLAR - Kifayət qədər uğurlu gündür. İstər qarşılıqlı münasibətlərdə, istər perspektivli sövdələşmələrdə, istərsə də maliyyə uğurlarına yetişməkdə ulduzlar sizə yaxından yardımçı olacaq.