Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 23.10.2016

Bu günə olan bürclər 23.10.2016

Bu günə olan bürclər 23.10.2016



QOÇ - Bürcünüz üçün kifayət qədər uğurlu bir gündəsiniz. Düzdür, saat 12-ə qədər müəyyən gərginlik olsa da, sonrakı müddətdə ovqatınız çox yüksək olacaq. Müəyyən sürprizlər də gözlənilir.

BUĞA - Səhər saatlarını gərgin şəraitdə keçirsəniz də, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzliyi dəf edə biləcəksiniz. Nahardan sonra isə sevindirici hadisələrin şahidi olacaqsınız.

ƏKİZLƏR - Ulduzlar pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənaətcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.

XƏRÇƏNG - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzə qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək məharət deyil.

ŞİR - Planetlərin neqativ yerdəyişməsini nəzərə alıb, hansısa qeyri-adi və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Axşama yaxınsa qonaq getmək olar.

QIZ - Nədənsə son vaxtlar sağlıq durumunuzla bağlı problemlər baş qaldırmaqdadır. Bu səbəbdən də özünüzə fikir verməli, qida rejiminə riayət etməlisiniz. Soyuq və spirtli içkilərdən uzaq olun.

TƏRƏZİ - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Bununla yanaşı, göstərilən təqvimdə uzaq yola çıxmaq olmaz.

ƏQRƏB - Ümumi çalarlarına görə gərgin gün olsa da, özünüzü ələ almağı bacarmalısınız. Çünki qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz.

OXATAN - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan işə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Pul məsələlərində isə ehtiyatlı olun.

OĞLAQ - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək. Hər sözünüzə diqqət edin.

SUTÖKƏN - Kifayət qədər uğurlu bir gün yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzlə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın.

BALIQLAR - Həddindən ziyadə uğurlu təqvimdir. Ələlxüsus da saat 12-16 arası bəxtiniz gətirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq da səngiməyəcək. Amma bugünkü təkliflərdən imtina etməlisiniz.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ