Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 18.10.2016

Bu günə olan bürclər 18.10.2016

Bu günə olan bürclər 18.10.2016



QOÇ - Hiss olunur ki, darıxdırıcı günlər yaşayırsınız. Bu xoşagəlməzliyi dəf etmək istəyirsinizsə, müxtəlif ünvanlara baş çəkin. Hətta büdcənizdən asılı olaraq səfərə də çıxa bilərsiniz.

BUĞA - Bu gün planetiniz olan Venera aktivləşdiyindən sevindirici məqamlarla rastlaşacağınıza şübhə etməyin. Yeniləşmiş sevgi əlaqələri, təzə tanışlıqlar ovqatınızı xeyli yüksəldəcək.

ƏKİZLƏR - Ötən günlərin gərginliyi xeyli səngiyəcək. Bu səbəbdən də passiv fəaliyyət göstərməməli, əsas diqqətinizi ideal planların reallaşmasına yönəltməlisiniz. Ehtiyac sahiblərinə səxavət göstərin.

XƏRÇƏNG - O qədər də düşərli təqvim deyil. Hisslərinizi cilovlayın, kənar təsirlərə aludə olmayın. Sizə qarşı amansızlıq etmək istəyən hər kəsə sərt mövqe göstərin. Sevgidən ilham alın ki, mövcud gərginliyiniz ərisin.

ŞİR - Xoş təsadüflərlə zəngin bir gün yaşayacaqsınız. Bu isə ovqatınızı xeyli yüksəldəcək. Əgər hər addımda Tanrı qüdrətinə arxalansanız, gözəl məqamlarınız bol olacaq. Yalan vəd verməyin.

QIZ - Bu təqvimi bütünlüklə istirahətə həsr edin. Fiziki işlərdən nə qədər uzaq olsanız, bir o qədər rahatlıq tapacaqsınız. Yaxşı olar ki, pul problemləri barədə düşünəsiniz. İş müzakirələri də səmərəlidir.

TƏRƏZİ - Oktyabrın ən maraqlı günlərindən birini yaşayacaqsınız. Uğurlu hadisələrlə rastlaşacağınız qaçılmazdır. Saat 16-18 arası riskli işlərə girişməyin. Əks təqdirdə uduzacaqsınız.

ƏQRƏB - Bu gün üçün pul əldə etmək müşkül məsələdir. Odur ki, bu barədə baş sındırmayın. Əsas diqqətinizi münasibətlər zəmininə yönəldin. Bəzi mübahisələriniz gözlənilir. Hər sözə ciddi yanaşmayın.

OXATAN - İxtiyarınıza verilən bu ərəfə ilk növbədə gələcək planların reallaşdırılması üçün səmərəlidir. İşgüzar sövdələşmələr, müzakirələr əhəmiyyətlidir. Saat 18-dən sonra ünsiyyətdə ehtiyatlı olun.

OĞLAQ - Astroloji göstəricilər bu gün üçün nəzərdə tutduğunuz perspektivlərin həyata keçəcəyini bəyan edir. Əgər səhhətinizi qorumağı bacarsanız, bu tövsiyələrə əməl edə bilərsiniz. Geyiminizə fikir verin.

SUTÖKƏN – Belə bir günü evdən kənarda keçirməyiniz məqsədəuyğun deyil. Yalnız bu halda xoşagəlməzliklər olmayacaq. Bütün planlarınızı başqa vaxta salın və hər mənada səbrli olun.

BALIQLAR - Ümumi çalarlarına görə, qənaətbəxş ərəfədir. Darıxmağınıza səbəb ola bilən hər hansı hadisə baş verməyəcək. Ulduzlar maddi gəlir üçün yaxşı imkan qazanacağınızı da bildirir.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ