Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 12.10.2016

Bu günə olan bürclər 12.10.2016

Bu günə olan bürclər 12.10.2016



QOÇ – Naharaqədərki müddəti neytral şəkildə başa vurmağa çalışın. Çünki göstərilən ərəfədə müəyyən xoşagəlməzliklər baş verə bilər. Xüsusən də pulla bağlı söhbətlərdə ehtiyatlı olun.

BUĞA - Göy qübbəsi ilk növbədə maddi durumunuza müsbət təsir göstərəcək. Saat 12-dən başlayaraq əsas vaxtınızı yalnız bu amilə ayırın. Ağlınız kəsməyən işlərə isə girişməyin. Axşam təmiz havada çox gəzinin.

ƏKİZLƏR - Maliyyə problemlərinizin artdığı bu ərəfədə özünüzü üzməməlisiniz. Çünki Göy qübbəsi bunun qısa zamanı əhatə edəcəyini bildirir. Bu gün konkret olaraq ailə üzvlərinizlə ilgilənin.

XƏRÇƏNG - Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Bir tərəfdən maraqlı insanlarla görüşləriniz, digər tərəfdənsə şəxsi işlərinizdə baş qaldıran müsbət dönüş sizi sevindirəcək.

ŞİR – Saat 11-12 və 19-20 aralığı sizin üçün bir qədər mübahisəli keçə bilər. Həmin zamanlarda maksimum təmkin nümayiş etdirin. Günün qalan hissəsini normal başa vuracaqsınız. Təcrübəniz olmayan işlərə girişməyin.

QIZ - Sağlıq durumunuz imkan versə, bu gün paralel olaraq bir neçə işin öhdəsindən gələ biləcəksiniz. Şəxsi həyatınıza hakim kəsilən problemlərə də işıq düşəcək. Özünüzü daha çox sevgiyə həsr edin.

TƏRƏZİ - Astroloji göstəricilər bu təqvimə böyük ümidlərlə yanaşdığınızı bəyan edir. Bunun üçün ilk öncə enerjinizi münasibətləri yaxşılaşdırmağa yönəldin. Boş məsrəflərə isə ciddi pul xərcləməyin.

ƏQRƏB - Oktyabrın bəxtinizə düşən ən uğurlu günü artıq yetişib. Elə isə boş dayanmağa lüzum yoxdur: bütün cinahlardan hərəkətə keçin. Xüsusən də fəaliyyətlə bağlı uğurlu məqamlarınız artacaq.

OXATAN - Ulduzların düzümü xoş məqamların şahidi olacağınızı bəyan edir. Lakin bu kimi şansları qaçırmamaq üçün özünüz də aktivlik göstərməlisiniz. Azyaşlılara xüsusi diqqət yetirin.

OĞLAQ - Mənfi enerjili Ay gecəyə qədər sizin bürcdə bərqərar olduğu üçün ilk növbədə səhhətinizlə bağlı problemlər yarana bilər. Odur ki, orqanizminizə uyğun olmayan işlərdən uzaq olun. Əsəblərinizi qoruyun.

SUTÖKƏN - Əgər daxilinizdə paxıllıq və eqoistlik varsa, qısa zamanda ondan təmizlənin. Yoxsa xoş məqamlar sizdən uzaqlaşacaq. Əgər bunu bacarsanız, uğurlu bir gün yaşayacaqsınız.

BALIQLAR – Astronomik mənzərənin gərginliyi fəaliyyət istiqamətində bəzi planlarınızı təxirə salmağı tövsiyə edir. Ümumiyyətlə bu gün risk etməyin. Münasibətlərdə isə qarşı tərəfin emosiyalarına təmkinlə yanaşın.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ