Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 03.10.2016

Bu günə olan bürclər 03.10.2016

Bu günə olan bürclər 03.10.2016


QOÇ - Maliyyə problemlərinə görə özünüzü üzməyin. Çünki ulduzların düzümü bu gün deyilən istiqamətdə sevinəcəyinizi bildirir. Həmkarlarınızla münasibətləri mümkün qədər qaydasına salın.


BUĞA - Sağlamlığınızla bağlı çətinliyinizi dəf edə bilsəniz, qarşıya qoyduğunuz planları reallaşdıra biləcəksiniz. Hətta nahardan sonra varlanma ehtimalınız da var. Uzaq yola çıxmayın.


ƏKİZLƏR - Vaxtınızın əsas hissəsini sevgi amilinə həsr edin. İkili görüşlər, əyləncəli gəzintilər sizə fərəh gətirəcək. Saat 15-18 arası maliyyə problemlərinizin həlli üçün uğurlu vaxtdır.


XƏRÇƏNG - Ümumi vəziyyətiniz gərgin olduğundan bütün vacib işləri təxirə salın. Yaxşı olar ki, uzunmüddətli planlarınızı bir daha konkretləşdirəsiniz. Təzə xəbərlər də mümkündür.


ŞİR - Saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunduğundan əsas gücünüzü istirahətə yönəltməlisiniz. Bu gün sizə soyuq və duzlu qidalar qəbul etmək məsləhət deyil.


QIZ - Yeni görüş və danışıqlar üçün uğurlu təqvimdir. Özünüzü təmkinli və dözümlü aparın ki, sövdələşmələrin nəticəsi xeyrinizə olsun. Özünüzü yerli-yersiz tərifləməkdənsə, susun.


TƏRƏZİ - Bu gözəl təqvimi uğurlu keçirəcəksiniz. Səhər saat 11-dən etibarən bir neçə sevindirici prosesin iştirakçısına çevriləcəksiniz. Yeni işgüzar təkliflər alsanız, imtina etməyin.


ƏQRƏB - Sağlamlıqla bağlı müəyyən problemləriniz baş qaldırdığından özünüzü qoruyun. Orqanizminizi gümrahlaşdırmaq üçün mümkün tədbirləri həyata keçirin. Saat 14-dən sonra uzaq yola çıxmaq olar.


OXATAN - Bürclərin əksəriyyətində olduğu kimi bu gün sizin də səhhətinizdə narahatlıq gözlənilir. Qan təzyiqi ilə bağlı problemləriniz mümkündür. Çalışın ki, pəhriz saxlayasınız.


OĞLAQ - Səhhətinizlə bağlı bəzi xoşagəlməzlikləri nəzərə almasaq, günün əsas hissəsini rahat şəraitdə başa vuracaqsınız. Axşama yaxınsa gələcəyiniz üçün önəmli olan xəbər eşidəcəksiniz.


SUTÖKƏN - İşgüzar sövdələşmələrdə iştirak etmək üçün olduqca səmərəli gündür. Müzakirələr apardığınız həmsöhbətləriniz sizə xeyirli olan fikirlər söyləyəcək. Qərarlarınızda qətiyyətli olun.


BALIQLAR - Ailə üzvlərinizlə mübahisələriniz gözlənilir. Belə neqativ hallardan yayınmaq üçün davranışlarınızda nəzakətli olun. Nahardan sonra şəxsi büdcənizdə irəliləyişlər mümkündür.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ