Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 02.10.2016

Bu günə olan bürclər 02.10.2016

Bu günə olan bürclər 02.10.2016


QOÇ - Günün ümumi mənzərəsi ürəyinizcə olacaq. Daxili süstlüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz arxada qalacaq. Ətrafınızdakı dost-tanışlar isə qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə sizə yardımçı olacaqlar.

BUĞA - Kifayət qədər təzadlı ərəfədir. Hər addımı ölçüb-biçməyə çalışın. Mövqeyinizə zidd hərəkətlərə yol verməyin. Qəribə də olsa, astroloji göstəricilər saat 14-dən etibarən kiməsə güzəştə getməyi məsləhət görmür.

ƏKİZLƏR - Bütün işlərinizin qaydasında gedəcəyini bildirən Göy qübbəsi kiməsə yalan vəd verməyinizin əleyhinədir. Odur ki, bacarmadığınız işin qulpundan yapışmamalısınız. Dostlara güvənin.

XƏRÇƏNG - Qarşınızda kifayət qədər mistik bir gün durur. Ola bilsin ki, anlaşılmaz hadisələrlə rastlaşasınız. Əgər bunun qarşısını almaq istəyirsinizsə, dua və ibadətlərinizin, müqəddəs yerlərə ziyarətlərinizin sayını artırmalısınız.

ŞİR - Əgər bu təqvimdən zövq alıb rahatlanmaq istəyirsinizsə, mütləq səfərə çıxın. Bununla siz stress və mənəvi ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra bilərsiniz. Ailə-sevgi məsələlərində xırdaçılığa yer verməyin.

QIZ - Özünüzü gərginliyə salmayın. Uzun-uzadı kiməsə, nəyisə izah etmək enerji itkinizdən savayı bir iş deyil. Əgər bu kimi lüzumsuz işlərlə məşğul olsanız, ixtiyarınızda olan gündən zövq almayacaqsınız.

TƏRƏZİ - Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu gün təmin olunacaq. Çünki saat 12-dən etibarən maraqlı gəzintilər, əsrarəngiz istirahət və münasibətlərdə müsbət dönüş yolunuzu gözləyir.

ƏQRƏB - Bəri başdan bilməlisiniz ki, gün ərzində enerji sərf etdiyiniz istənilən sahədə uğurlar sizi tərk etməyəcək. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq. Səfərləri isə təxirə salın.

OXATAN - Əsas diqqətinizi maliyyə məsələlərinə yönəldin. Yaxşı bilirsiniz ki, qlobal işləriniz pulsuz keçmir. Bu səbəbdən də kiməsə borc vermək fikrinə düşməyin. Ulduzlar başqalarının şəxsi işlərinə müdaxilə etməyinizin əleyhinədir.

OĞLAQ - Bütün vacib işlərinizi saat 11-14 arası tamamlamağa çalışın. Əmin olun ki, həmin qısa vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Qalan vaxtlar riskli və yeni işlərdən imtina edin.

SUTÖKƏN - Ehtiyatlı olun, səhhətinizlə bağlı xoşagəlməzliklər baş verə bilər. Ələlxüsus da saat 12-16 arası özünüzü maksimum qorumalı, əsəblərinizi cilovlamalısınız. Bu gün istənilən səfəri təxirə salsanız, yaxşıdır.

BALIQLAR - "Nə ətdir, nə balıq" misalını indiki durumunuza aid etsək, heç də yanılmarıq. Çünki çəkdiyiniz əziyyətlər hədər gedir. Amma bu gün inanmadığınız istiqamətdən yaranmış boşluğu dolduranlar tapılacaq.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ