Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gündəlik Bürclər - 27.09.2016

Gündəlik Bürclər - 27.09.2016

Gündəlik Bürclər - 27.09.2016



QOÇ - Ulduzlar bu təqvimi savab işlərə riayət etməyi tövsiyə edir, xoş söz və duaları əsirgəməyin. Çağrılan yerə ar etməyin. Axşam dostlarınızla aranızda yaranmış problemləri həll edin.

BUĞA – Səhhətinizin qeydinə qalsanız, bu günü olduqca yüksək ovqatda başa vura biləcəksiniz. Saat 13-17 arası bir yerdə oturmaqdansa, sizə vəd verən şəxslərlə görüşməyiniz vacibdir.

ƏKİZLƏR - Riskli hərəkətlərə yol verməsəniz, Göy qübbəsi müdafiənizdə duracaq. Uzaqda yaşayan qohumlarınızla mütləq əlaqə saxlayın. Pulla bağlı şanslı təkliflər alacağınız da gözlənilir.

XƏRÇƏNG - Gecə saat 01:27-dən Ay bürcünüzdə qərar tutsa da, bu, planlarınızı pozmayacaq. Məqsədlərə çatmaqda iradənizi gücləndirin. İkitərəfli görüşlərdə müsahibinizin sözaltı mənalarına fikir verin.

ŞİR - Hansısa riskli işlərə girişib gərginliklə rastlaşmaqdansa, əsas vaxtınızı ailənizlə, sevdiyiniz adamlarla birgə keçirin. Axşam saatlarında yaxın ünvanlara qonaq gedin.

QIZ - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi bütünlüklə istirahətə həsr edəsiniz. Başqalarının işinə müdaxilə etməyin. Maddi imkanınız yetərsə, ehtiyac sahiblərini sevindirin.

TƏRƏZİ - Təxminən saat 13-ə qədər ümumi işlərinizdə müəyyən gərginlik müşahidə olunacaq. Odur ki, ciddi qərarlar qəbul etməyin. Sonrakı müddətdə isə təzə və sevindirici xəbərlər gözlənilir.

ƏQRƏB - Təzadlı gündür. Bir tərəfdən maraqlı sövdələşmələr, digər tərəfdənsə rəqiblərinizin hücumu ilə rastlaşacaqsınız. Deməli, işlətdiyiniz hər bir ifadənin yerini bilməli, məsuliyyətli olmusunuz.

OXATAN - O qədər də düşərli gün deyil. Doğmalarınızla mübahisələriniz ovqatınızı təlx edə bilər. Yeganə yolunuz səbrli olmaqdır. Əgər sizi başa düşmürlərsə, günahı özünüzdə axtarın.

OĞLAQ - Bu təqvimdə hansısa gəlir əldə edəcəyiniz mümkünsüz olduğundan bu kimi tədbirləri təxirə salın. Əbəs yerə riskə getməyin. Yoxsa nəticədə bəzi xoşagəlməzliklə rastlaşacaqsınız.

SUTÖKƏN - Bu təravətli təqvimdə ziyarətgaha getsəniz, düyünə düşmüş işləriniz çox qısa vaxtda qaydasına düşəcək. Axşama doğru sevindirici hadisələrin iştirakçısı ola bilərsiniz. Amma səfərə çıxmayın.

BALIQLAR – Çoxsaylı yeniliklər yolunuzu gözləyir. Əvvəlcədən nəzərə alın ki, bu, yalnız müsbət mənada baş verəcək. Qızışdırıcı amilləri başınızdan çıxarın. Uzaq yola çıxmaqdan yayının.








Xanimcik от 28 sentyabr 2016 00:21
OXATAN - O qədər də düşərli gün deyil. Doğmalarınızla mübahisələriniz ovqatınızı təlx edə bilər. Yeganə yolunuz səbrli olmaqdır. Əgər sizi başa düşmürlərsə, günahı özünüzdə axtarın.
bilem qunah mendedi
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ