Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 21.09.2016

Bu günə olan bürclər 21.09.2016

Bu günə olan bürclər 21.09.2016

Qoç - fəaliyyət planını diqqətlə götür-qoy edin. Düşünülməmiş addımlar atmayın.Təhlil və fikirləşmək üçün yetərincə vaxt olduğu halda səbrsiz davranmayın. Bütün niyyət və planları dərhal reallaşdırmaq xülyadır. Buna rəğmən, niyyətlərinizi unutmayın. Tələsməyin, planlarınız bir qədər sonra gerçəkləşə bilər.Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə fikir ayrılıqları yarana bilər. Mövqeyinizdən geri çəkilməyin, yolunuzu müdafiə edin.Haqlı olduğunuzu yaxın ətrafınızdakı insanlar az sonra anlayacaqlar.

Buğa - planları reallaşdırmaq mümkündür. Amma bunun üçün əvvəlki dönəmlərlə müqayisədə daha çox səy göstərmək gərəkdir. Yolunuzda sədlər və maneələr yaranarsa, geri çəkilməyin. Ruhdan düşməyin, təslim olmayın. İdeyalarınızı dərhal olmasa da, həyata keçirmək mümkündür. İradəli və qətiyyətli insanlar sizi dəstəkləməyə hazırdır.Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişli deyil. Ləngimə, təxirəsalma, xoşagəlməz hadisələr olacaq. Kiçik, amma çoxsaylı itkilər olacaq.Axşam saatlarını ailədə keçirin.

Əkizlər - emosional fon stabil deyil. Səbrli və təmkinli olun, təxribatlara uymayın. Düşünülmüş qərarlar qəbul edin.Peşəkar fəaliyyət müstəvisində yeniliklərə başlamaq üçün uğurlu zamandır. Biznes və ya kommersiya ilə məşğulsunuzsa, qarşınızda yeni imkanlar yaranır.Anlaşma, sövdələşmə, uzunmüddətli əməkdaşlıqla bağlı razılaşma üçün əlverişli zamandır.Sizi, gerçəkdən də, maraqlandıran işlərlə məşğul olun. Amma həddən ziyadə əmək sərf etdiyiniz sifariş və ya layihənin nəticəsi böyük olmaya bilər.Axşam qəfil vizit olacaq.

Xərçəng - istənilən formatda işgüzar danışıqlar və müzakirələr üçün əlverişli zamandır. İlk dəfə gördüyünüz insanla ünsiyyətdə belə, dürüst tonu seçin. Belədə qarşılıqlı anlaşmaya nail olacaqsınız. Bəzi məsələlər yarımçıq qalsa da, əndişələnməyin. Yekun cavab əlverişli olacaq.Gəlir istisna deyil.
Səfər, şəraitin dəyişməsi üçün münasib gündür. Harasa yollanmaq istəmirsinizsə, yaşam arealında yeniliklər edin.Axşam saatları ailəvi tədbir, dostlarla istirahət üçün yaxşıdır.

Şir - əvvəllər yol verdiyiniz yanlışlıq və ya buraxdığınız səhvin fəsadlarının aradan qaldırılması imkanı yaranıb. Daha əlverişli və maraqlı yaşam mərhələsinə hazır olun.Həmfikir, müttəfiq, tərəfdaş axtarışları üçün yaxşı gündür. Yalnız işgüzar maraqlarınız yox, həyata baxışlarınızda da dəyişikliklər ola bilər.Peşəkar fəaliyyət perspektivlərinizə təsir edən insanla fikir ayrılıqlarını aradan qaldırın.Faydalı məlumatın alınması, tanıdığınız insanla bağlı yeni bilgilərin əldə edilməsi mümkündür. Gələcəklə bağlı yeni ambisioz planlar var. Axşam saatlarında normal istirahət edin.

Qız - maddi durumunuz və rifahınızın qayğısına qalın. Çoxdankı arzularınızdan birini reallaşdırın. Qəfil təklif ala bilərsiniz. Əvvəlcə şübhəli olacaq, təklif qəbul edib-etməmək barədə düşünəcəksiniz. Lakin sonradan "hə" deyəcəksiniz və bu, dürüst qərar olacaq.Yeni tərəfdaşlarla əməkdaşlığa başlayaraq gəlirləri artırmaq olar.Rəğbət bəslədiyiniz insanlarla münasibətlərdə diqqətli olun. Sərinləşmiş təmasların bərpası istisna deyil.Səbrli olun.

Tərəzi - yeni iş, layihə və ya təşəbbüs üçün yaxşı gündür. Can atdığınız sahə sizin üçün yeni olsa da, nəyi necə edəcəyinizi müəyyənləşdirin. Daha təcrübəli insanlar sizə həvəslə qulaq asırlar. Onların reaksiyasını izləyin.Yeni işgüzar münasibətlərin başlanması ehtimalı azdır. Mövcud təmasların sxem və formatında dəyişikliklərə ehtiyac var.Axşam saatlarında dəvət aldığınız toplantıya qatılın. Yeni tanışlıqlar istisna deyil.

Əqrəb - yeni imkanlar yaranır. Ətrafınızdakı insanların nə deməyindən asılı olmayaraq onlardan bəhrələnməyə çalışın. Eksperimentlər aparmaq, yeni yollar aramaq, risk etmək olar. Özünüzü sınayın. Köhnə borcun qaytarılması və ya qiymətli hədiyyənin alınması mümkündür.Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə zarafatı unutmayın.Zarafatlardan inciməyin, nöqsanlarınıza gülməyi bacarın.

Oxatan - bu gün yaşanacaq hadisələrin əksəriyyətini sonradan gülümsəyərək xatırlayacaqsınız. ilk baxışdan olaylar əlverişsiz təsir bağışlayır. Günün emosional fonu münasib deyil. Əvvəlki günlərdə sizi sevindirə biləcək hadisələrə indi laqeyd yanaşırsınız. Sövdələşmə, anlaşma və müqavilələrdə tələsməyin. Səbrli olsanız, daha sərfəli şərtlərə nail ola bilərsiniz.Günün ikinci yarısında başlayacağınız işləri tezliklə başa vurmaq çətindir. Müttəfiq və dostların yardımlarına ehtiyac var.Axşam saatları gəzinti və səfər üçün əlverişlidir.

Oğlaq - çətin məsələlərə asanlıqla cavab tapmağınız yaxın ətrafınızdakı insanları təəccübləndirə bilər. Kiminsə sizi aldatmağa, fırıldağının qurbanına çevirməyə çalışdığını düşünməyin. Yaşamınızda bu gün baş verən hadisələrin tam əksəriyyəti düşündüyünüzdən də sadədir.İşgüzar danışıqlarda əhəmiyyətli irəliləyiş olacaq.Səhhətinizə fikir verin. Ciddi ağrılar və ya problemlər olmayacaq. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Dolça - çətin işin başa vurulması, sizi çoxdan narahat edən suala cavab tapılması mümkündür. Bir qədər nəfəs dərmək, dincəlmək olar. Qüvvələri bərpa etmək üçün əlverişli zamandır.Tənbəllik etməyin. İşləri əvəzləmək olar.Xoş görüşlər az olmayacaq. Çoxdan bəri görmək istədiyiniz insanla qarşılaşacaqsınız. Qonaqlar əliboş gəlməyəcəklər.

Balıqlar - şəxsi problemlərin həlli, daxili təbəddülatların keçilməsi zamanıdır. Yaxın ətrafınızdakı insanlar əhvalınızın və nikbinliyinizin səbəblərini anlamaya bilərlər. İş isə gərəksiz qayğılar və həyəcanlardan qurtulmağınızdır.Ünsiyyətdə aqressiv olmayın. Tərəfdaşlar və həmkarlarla ünasibətlərdə yersiz emosiyalara yol verməyin.Səhhətinizdə kiçik problemlər olsa da, narahatlığa əsas yoxdur. Müalicə effektivdir.Alış-verişdə bədxərclik etməyin.








Xanimcik от 22 sentyabr 2016 18:11
tewekkurler)))))))))))))))))))
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ