Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 19.09.2016

Bu günə olan bürclər 19.09.2016

Bu günə olan bürclər 19.09.2016


QOÇ - Çağrılmamış ünvanlara qonaq getməyin. Əks təqdirdə məyusluqla qarşılaşacaqsınız. Bu gün təxribata cəlb olunmağınız üçün bir çoxları canfəşanlıq edəcəklər. Təmkinli olun.

BUĞA - İlk növbədə yoluxucu xəstəliklərdən qorunun. Çünki ulduzlar axşam saatlarında orqanizminizin buna həssas olacağını bildirir. Nahar ərəfəsində sevindirici xəbər eşidəcəksiniz.

ƏKİZLƏR - Bütün danışıq və sövdələşmələri təxirə salıb oturaq işlərlə məşğul olun. Əks təqdirdə təxribat və ya böhtanla üzləşəcəksiniz. Yaxşısı budur, enerjinizi ailə və sevgiyə yönəldəsiniz.

XƏRÇƏNG - Bu təqvimdə ulduzlar daha çox sizin bürcə pul vəd edir. Bu səbəbdən də boş durmağınıza lüzum yoxdur. Büdcənizi artırmaq üçün ağlınıza gələn bütün ünvanlara və adamlara baş çəkin.

ŞİR - Təxminən saat 12-yə qədər bürcünüz üçün bəzi xoşagəlməzliklər mümkündür. Özünüzü gərgin və anlaşılmaz situasiyalara cəlb etməyin. Nahardan sonrasa maraqlı görüş və pul gözlənilir.

QIZ - Astroloji göstəricilər yalnız səfərə çıxmaqla yüksək əhval-ruhiyyəyə yiyələnəcəyinizi proqnozlaşdırır. Bu fürsəti fövtə verməyin. Ulduzlar varlanacağınızdan da xəbər verir.

TƏRƏZİ - Qonaqlıq üçün ideal gündür. Ya hansısa ünvana getməli, ya da ürəyinizə yaxın adamları qonaq çağırmalısınız. Bugünkü söhbətlərin gələcəyiniz üçün əhəmiyyəti böyük olacaq.

ƏQRƏB - Ulduzlar nahara qədər istirahət etməyinizi məsləhət görür. Əgər ciddi işlərə girişsəniz, uğurlu nəticə hasil olmayacaq. Günün ikinci yarısında isə sürpriz gözlənilir. Uzaq yola çıxmayın.

OXATAN - Səhhətinizlə bağlı diqqətli olmağınız vacibdir. İqlimin dəyişkənliyi və ətrafınızda olan insanları qəbul etməməyiniz sinir sisteminizdə mənfi fəsadlar yarada bilər. İstirahətə fikir verin.

OĞLAQ - İmkan daxilində bütün riskli işləri təxirə salın. Əsas vaxtınızı istirahətə həsr etməklə növbəti günlərin planlarını qurun. Aldığınız təklifləri beyin süzgəcindən keçirin.

Dolca - İndiki məqamda xilas yolunuz yalnız dost və müttəfiqlərdən asılıdır. Çünki əsaslı dönüş etmək üçün fiziki və psixoloji cəhətdən o qədər də hazır deyilsiniz. Sağlamlığınıza fikir verin.

BALIQLAR - Qərarlarınızda qəti olsanız, heç bir narahatçılıqla üzləşməyəcəksiniz. Bu gün darıxdığınız adamların bir çoxu ilə görüşəcəksiniz. Axşamsa sevindirici hadisələrin şahidi olacaqsınız.








Xanimcik от 19 sentyabr 2016 10:38
tewekkurler burcumu oxudum allah razi olsun
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ