Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 16.09.2016

Bu günə olan bürclər 16.09.2016

Bu günə olan bürclər 16.09.2016


QOÇ - Mistik bir gün yaşayacaqsınız. Daxili harmoniyanız pozulduğundan real olmayan şeylər barədə düşünə  bilərsiniz. Bunun qarşısını almaq üçün yaxşı olar ki, vaxt tapıb ziyarətgahlara gedəsiniz

BUĞA - Üzləşdiyiniz proseslər narahatçılığınızı artıra bilər. Bu səbəbdən də bütün vacib planlarınızı təxirə salmalısınız. Yaxın bildiyiniz adamlar sizə qarşı xoşagəlməzliklər edəcək.

ƏKİZLƏR - Qarşınızda hər mənada uğurlu bir gün durur. Bunun üçün daxili inam və qətiyyət kifayət edər. Nahardan sonra şad xəbər eşidəcəksiniz. Ulduzlar bəxtinizə pul da çıxarmaq əzmindədir.

XƏRÇƏNG - Günortaya qədər adi işlərin həlli ilə məşğul olun. Nahardan sonra isə böyük məsələlərin həllinə başlamağa dəyər. Axşama yaxın gözləmədiyiniz istiqamətdən təzə xəbər eşidəcəksiniz.

ŞİR - Yalnız sabitliyinizi qorumağa çalışın. Xırda bir yanlışlıq gün ərzində nəzərdə tutduğunuz işləri alt-üst edə bilər. Odur ki, qərar çıxarmazdan qabaq mövcud reallığı nəzərə almalısınız.

QIZ - Yeni əlaqələr yaratmaq, işgüzar danışıqlar aparmaq sizə xüsusi zövq verəcək. Bu yönümdə sevgi amili daha qabarıq tərzdə nəzərə çarpacaq. Amma müsahiblərinizə yalan vəd verməməlisiniz.

TƏRƏZİ - Olduqca romantik bir təqvimdir. Dünənə qədər sizə şübhə ilə yanaşanların  əksəriyyəti səmimiliyinizin şahidi olacaqlar. Sevdiyiniz adamların yanında olmağınız günün vacib tələbidir..

ƏQRƏB - Göy qübbəsi daha çox ikitərəfli əlaqələrdə bəxtinizin gətirəcəyini bildirir. İstər ailə-sevgi məsələlərində, istərsə də işgüzar münasibətlərdə vəziyyətiniz qənaətbəxş olacaq.

OXATAN - İxtiyarınızda olan bu tarixdə təmkininizi qorumalısınız. Hər hansı çılğınlıq və ya əsəblərin qabarması bütün işləri korlaya bilər. Riskli planlarınızı  mümkün qədər təxirə salın.

OĞLAQ - Ümumi məziyyətlərinə görə  qalmaqallı gündür. Az qala hər addımda gərginliklə rastlaşacaqsınız. Əsas enerjinizi münasibətlərə deyil, işə həsr etməklə bu xoşagəlməzliyi dəf edə bilərsiniz.

SUTÖKƏN - Ay bürcünüzdə olduğundan bu gün kənardan kiminsə dəstəyinə ehtiyacınız var. Bunsuz hansısa nailiyyətə yetişəcəyinizi mümkünsüzdür. Öz növbənizdə siz də aktivliyinizi artırmalısınız.

BALIQLAR - Romantika ilə dolu olan bir tarix yaşayacaqsınız. Maddi durumunuz imkan versə, uzaq səfərə  də çıxın. Qarşıdakı günlər üçün vacib olan bir neçə mühüm görüş keçirməniz məsləhətdir








Xanimcik от 16 sentyabr 2016 21:05
OXATAN - İxtiyarınızda olan bu tarixdə təmkininizi qorumalısınız. Hər hansı çılğınlıq və ya əsəblərin qabarması bütün işləri korlaya bilər. Riskli planlarınızı mümkün qədər təxirə salın.

risk menlikdi
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ