QOÇ – Mənfi yüklü Ayın bürcünüzə daxil olması səhhətinizə mənfi təsir göstərə bilər. Lakin bu fəsadın fəaliyyət prinsipinə və ya iş planınıza hər hansı maneəsi olmayacaq.
BUĞA - Ulduzlar bir neçə gərgin situasiya ilə rastlaşacağınızı bildirir. Bu sətirləri ona görə yazırıq ki, qarşısını alasınız. Çətin də olsa, təmkin göstərin, oturaq işlərə aludə olun.
ƏKİZLƏR - Neçə vaxtdan bəri donub qalan planları həyata keçirmək üçün bu təqvimdən maksimum yararlanın. Bu istiqamətdə ümid etdiyiniz və gücü çatan adamlara da müraciət edə bilərsiniz.
XƏRÇƏNG – Atalarımızın dediyi "işim daşdan çıxır" ifadəsi bu təqvimdə sizin bürcə daha çox uyğun olacaq. Odur ki, daşdan iş çıxarmaqdansa, istirahətə üstünlük verin. Mübahisələrdən isə qaçın.
ŞİR - Astroloji göstəricilər bu təqvimi daha çox münasibətlərin tənzimlənməsinə yönəltməyi tövsiyə edir. Hətta buna görə fəaliyyətə də ara vermək olar. Axşam qonaq getməyə dəyər.
QIZ - Analitik zəkanızı işə salın. Nə qədər enerjiniz var, hamısını fəaliyyətə yönəldin. Sədaqətli və təcrübəli insanları özünüzdən uzaqlaşdırmayın. Bu gün uzaq yola çıxmayın.
TƏRƏZİ - İlin-günün bu vaxtında romantik duyğulara qapılmaq sizə yalnız zərər verə bilər. Şairanə düşünməkdənsə reallığa uyğun addım atın ki, uğurlarınız yaxınlaşsın. Səhhətinizi də qoruyun.
ƏQRƏB - Nəhayət ki, neçə aydan bəri ora-bura vurnuxmağınız öz nəticəsini verməyə başlayır. Odur ki, hər cür dedi-qodudan, cəfəng söhbətlərdən uzaqlaşıb perspektivli işlərlə məşğul olun.
OXATAN - Ötən günlərdəki tövsiyəmizi bu günə də şamil edirik: ətrafınızda olanlarla qərəzsiz davranın. Əks halda tənhalığa mübtəla ola bilərsiniz. Axşam bir neçə yenilik gözlənilir.
OĞLAQ - Qarşınızda duran bu təqvimi daha çox neytral şəkildə başa vurmağa çalışın. Riskə ehtiyac yoxdur. Yaxşı olar ki, maddi sıxıntılarınızı aradan qaldırmağın yollarını tapasınız.
SUTÖKƏN - "Dünya həyatı bir körpüdür, bu körpünü təmir etməyə vaxt itirməyin, sadəcə tez ötüb keçin!". Peyğəmbərimizin (s) bu sözlərinə əməl edin. Dünyanı düzəltmək sizlik deyil.
BALIQLAR - Ümumi mənzərə neqativ deyil. Bu isə nəzərdə tutduğunuz işləri normal şəkildə başa çatdıracağınızdan xəbər verir. Tənbəllik etməyin, yeni işgüzar əlaqələrə həvəs göstərin.