QOÇ – Son zamanlar ciddi cəhdlərinizin boşa çıxması sizi məyus etməməlidir. Çünki hər kəsin bir şansı var. Siz də gözləməlisiniz. Bu günsə yalnız adi işlərin həlli ilə məşğul olmalısınız.
BUĞA - Bir çox məsələlərdə səhvlərə yol verirsiniz. Özünüzə aludə olmayın. Bəzən ətrafınızdakılardan məsləhət almağı da unutmayın. Axşamüstü maraqlı görüşlərin iştirakçısı ola bilərsiniz.
ƏKİZLƏR - Gün ərzində ovqatınız nataraz olsa da, qarşınızda duran vəzifələrin öhdəsindən gələcəksiniz. Günün ikinci yarısında isə şəxsi büdcənizdə müəyyən qədər artım ola bilər.
XƏRÇƏNG - Səfərlər planınız varsa, onu bəri başdan təxirə salın. Çünki ulduzlar bu təqvimdə sizə kifayət qədər ciddi işlər həvalə edəcək. İşgüzar sövdələşmələrdə sizi müvəffəqiyyət gözləyir.
ŞİR - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün şanslarınız var. Taleyinizdə əhəmiyyətli rol oynaya biləcək adamlarla əlaqələri dərinləşdirin. Bu gün səfərə çıxmaq da uğurludur.
QIZ - Qarşılıqlı əlaqələrdə tədbirli olmağa çalışın. Əks təqdirdə müsahibləriniz tərəfindən aldadıla bilərsiniz. Qarşınızda gözəl perspektivlər durur. Odur ki, ruh düşkünlüyündən qurtulun.
TƏRƏZİ - Reallıqdan uzaq düşməyin. Bütün planlarınızı yalnız xəyalınızda reallaşdırmayın, konkret fəaliyyətə keçin. Dünəndən bəri neqativ Ay bürcünüzdə olduğundan mübahisələrə yol verməyin.
ƏQRƏB - Fəaliyyətlə bağlı gərginliyiniz mümkündür. Yaxşı olar ki, bütün vacib işlərinizi təxirə salasınız. Riskli pul sövdələşmələrindən, məxfi danışıqlardan uzaq olmağa çalışın.
OXATAN - Uğurlu nəticəsinə tam əmin olmadığınız məsələlərə girişməyin. Yoxsa xoşagəlməzliklə qarşılaşacaqsınız. Bu təqvimdə kənardan kiminsə məsləhətilə addım atmamalısınız.
OĞLAQ - Bəxtinizdə kifayət qədər uğurlu bir tarix var. Əzmkarlığınızı artırmaqla bu müvəffəqiyyəti özünüzə və özünüzü ona yaxınlaşdıra bilərsiniz. Axşamsa qonaq getməyə çalışın.
Dolca - Təcrübəli insanların köməyinə ehtiyacınız olduğundan Göy qübbəsi sizə kömək göstərəcək. Odur ki, ruh düşkünlüyünə qapılmayın. Sənədlərlə bağlı problemləri aradan qaldırın.
BALIQLAR - Qarşılıqlı münasibətlər baxımından uğurlu olsa da, maddi cəhətdən mübahisəli bir gün yaşayacaqsınız. Özünüzü maksimum təmkinli aparın. Haqqınızı qanunlar çərçivəsində tələb edin.