Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 30.08.2016

Bu günə olan bürclər 30.08.2016

Bu günə olan bürclər 30.08.2016



QOÇ - Əgər uzaq səfərə çıxmaq planınız varsa, onu təxirə salmayın. Maliyyə çətinliyiniz olsa belə, borc götürüb yola çıxın. Çünki bu addımı atmaqla, gələcək uğurlarınıza təkan verəcəksiniz.

BUĞA - Yalnız şəxsi büdcənizi artırmaq istiqamətində müəyyən uğurlara yiyələnə bilərsiniz. Qalan məsələlərdə isə risk etməyə dəyməz. Axşamüstü sövdələşmələrə getsəniz, aldanacaqsınız.

ƏKİZLƏR - Maraqlı görüşlər yolunuzu gözləyir. Gələn ay atacağınız mühüm addımları reallaşdırmaq üçün bu gündən maksimum bəhrələnməlisiniz. Sevgi məsələlərində daha səmimi olun.

XƏRÇƏNG - Şəxsi büdcənizdə müəyyən çətinlikləriniz olsa da, gün ərzində rastlaşdığınız hadisələr əhval-ruhiyyənizi yüksəldəcək. Çalışın ki, qətiyyətsiz hərəkətlərinizə son qoyasınız.

ŞİR - Astroloji göstəricilər bu təqvimin sizin üçün o qədər də rahat keçməyəcəyini bəyan edir. Səhhətinizlə bağlı problemlər və bəzi cəhdlərinizin boşa çıxma ehtimalı var.

QIZ - Ulduzların düzümü şəxsi büdcənizdə artım olacağını bəyan edir. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Nahardan sonra isə səhhətinizi qorumalısınız.

TƏRƏZİ - Sinoptiklərlə heç də həmişə razılaşmayan ulduzlar bu təqvimin sərin keçəcəyini bəyan edir. Odur ki, planlarınızı təxirə salmayın. Əsas enerjinizi istirahətə və sevgiyə yönəldin.

ƏQRƏB - Durumunuzdan bəlli olur ki, məqsədlərinizi reallaşdırmaqda sizə qarşı maneələr çoxdur. Amma narahat olmağa dəyməz. Çünki enerji və gücünüz sizi qələbəyə yaxınlaşdıracaq.

OXATAN - İşgüzar danışıqlarda iştirak etmək üçün sərfəli vaxtdır. Bütün müsahibləriniz sizinlə razılaşacaq. Amma gərək siz də reallıqdan yararlanasınız. Kimisə aldatmaq fikrinə düşməyin.

OĞLAQ - Təəssüf ki, Göy qübbəsi gərgin bir gün yaşamaq ehtimalınızdan xəbər verir. Bu amili nəzərə alıb hər addımda ayıq-sayıqlığınızı artırmalısınız. Haqlı olsanız da, mübahisələrə girişməyin.

Dolca – Ümumi mənzərə bir qədər passivdir, daha doğrusu öhdəlikləriniz enerjinizdən çox olacaq. Ünsiyyətdə olduğunuz insanlarla mübahisələr, o cümlədən işlə bağlı uğursuzluqlar sizi yora bilər. Bir az dincəlin.

BALIQLAR - Saat 14-ə qədər ümumi əhvalınız aşağı səviyyədə olsa da, sonrakı müddətdə vəziyyət xeyrinizə olacaq. Boş və mənasız şeylərə görə çılğınlıq etməyin. Təmkinli olmağa çalışın.










Elizade от 30 avqust 2016 20:03
ƏKİZLƏR - Maraqlı görüşlər yolunuzu gözləyir. Gələn ay atacağınız mühüm addımları reallaşdırmaq üçün bu gündən maksimum bəhrələnməlisiniz. Sevgi məsələlərində daha səmimi olun.
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ