Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 28.08.2016

Bu günə olan bürclər 28.08.2016

Bu günə olan bürclər 28.08.2016





QOÇ - İş metodunuzda yenidənqurma aparmağa səy göstərin. Bununla siz gələcək perspektivlərinizə işıq saça bilərsiniz. Səmərəsiz iş prinsipindən qaçın. Nahardan sonra təzə xəbər eşidəcəksiniz.

BUĞA - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Amma maraqsız proseslərə müdaxilə etməsəniz, bunun qarşısını az da olsa, ala biləcəksiniz. Əsəblərinizi qoruyun. Axşamsa qonaq gedin.

ƏKİZLƏR - Göy qübbəsi işdən kənarda hansısa uğura yiyələnəcəyinizə təminat vermir. Əksinə, yersiz mübahisələr, ifrat yorğunluq ovqatınızı korlaya bilər. Diqqəti ailə-sevgi münasibətlərinə yönəldin.

XƏRÇƏNG - Sağlıq durumunuza diqqət yetirsəniz, gün ərzində hansısa xoşagəlməzliklə rastlaşmayacaqsınız. Günün ikinci yarısında aldığınız hər bir işgüzar təklifə razılıq verin.

ŞİR - Rastlaşacağınız hadisələr daha çox öz rəftar və gedişlərinizdən asılı olacaq. Belə bir ərəfədə hansısa risk uğursuzdur. Əgər planlaşdırmısınızsa, bu gün mütləq səfərə çıxın.

QIZ - Hər mənada əhəmiyyətli gündür. İstər fəaliyyət göstərdiyiniz sahələrdə, istərsə də qarşılıqlı münasibətlər zəminində uğurlarınız gözlənilir. Yalnız pulla bağlı qanqaraçılıq mümkündür.

TƏRƏZİ - İxtiyarınızda olan bu təqvimdə sizə əsəb gətirən adamlardan uzaq olmalısınız. Yoxsa bu hal bütün maddi-mənəvi sərvətlərinizi tari-mar edəcək. Günortadan sonranı sevgiyə həsr edin.

ƏQRƏB - Axşam saat 18-ə qədər ümumi vəziyyət xeyrinizədir. Nüfuzlu adamlarla görüşləriniz müsbət nəticə verəcək. Amma ixtiyarınızda olan bu ərəfədə hisslərinizi də cilovlamalısınız.

OXATAN - İşgüzar görüşlər keçirmək üçün çox səmərəli vaxtdır. Ona görə də bütün enerji və diqqətinizi məhz bu istiqamətə yönəltməlisiniz. Maliyyə sövdələşmələrinə isə girişməyin.

OĞLAQ - Təlatümlü gün olmasa da, mülayimlikdən də əcər-əlamət olmayacaq. Odur ki, riskdən və həyatınız üçün önəmli olmayan məsələlərdən uzaq durmalısınız. Məsləhətləşmələrdən yayınmayın.

DOLÇA - Təxminən saat 13-ə qədər xoşagəlməz işlərə cəlb oluna bilərsiniz. Buna baxmayaraq, belə hallarda öz mənafelərinizi qorumalısınız. Nahardan sonra bəxtinizin gətirəcəyi gözlənilir.

BALIQLAR - Ulduzlar taledən gileylənməyinizə heç bir əsas görmür. Çünki ixtiyarınızda olan bu təqvim sizə olduqca xoş ovqat bəxş edəcək. Məhəbbət amili isə başlıca xilas mənbəyinizə çevriləcək.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ