QOÇ - O qədər də əlverişli gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlər zəminində ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.
BUĞA - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. İşlə bağlı məsuliyyətinizi dərk edin.
ƏKİZLƏR – Əgər qəlbinizdə kiçicik bir iman işığı varsa, gün ərzində Allaha zidd hərəkətlər etməyin. Əksinə, Yaradandan tövbə və bağışlanma diləyin. Heç kimin qəlbinə dəyməyin. Saat 16-19 aralığı çox uğurludur.
XƏRÇƏNG - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq, xüsusən də sevgidə. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız.
ŞİR - İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Müştərək fəaliyyətdən uzaq olun.
QIZ – Bu gün Bakı vaxtilə saat 21:07-də öz bürcünüz start götürəcək. O vaxta qədərsə riskdən uzaq olun ki, cəhdləriniz boşa çıxmasın. Nahar ərəfəsində perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə qənaətcil olun.
TƏRƏZİ - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.
ƏQRƏB – Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən maksimum yararlanmağa çalışın. Bu gün ziyarətə getmək, dua oxumaq sizə rahatlıq gətirəcək.
OXATAN - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər daxili orqanlarınızda problemlərin baş qaldıracağını göstərir. Qalan işləriniz normal olacaq.
OĞLAQ - Dünəndən Ayın bürcünüzə girməsi fəaliyyət sahəsində uğurlarınıza mane olmayacaq. Amma yeni münasibət qurmaq, qlobal problemləri həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu deyil.
Dolca - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Pul məsələlərində isə ehtiyatlı olun.
BALIQLAR - Göy qübbəsi daha çox şəxsi büdcənizdə artım olacağını vurğulayır. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da var.