Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər 20.08.2016

Bu günə olan bürclər 20.08.2016

Bu günə olan bürclər 20.08.2016



QOÇ - Saat 16-ya qədər nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinliyiniz olmayacaq. Ailə-sevgi zəminində isə yeni mərhələyə qədəm qoyacaqsınız.

BUĞA - Müəyyən çalarlarına görə, bəxtinizə ziddiyyətli təqvim düşüb. Qarşılaşdığınız proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Pul məsələlərində ehtiyatlı olun.

ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvimdə aktivliyi artırmağınız vacibdir. Bunun öhdəsindən gəlsəniz, ulduzlar sizə yardımçı olacaq. Yaxın adamlarınızdan xəstələnən varsa, mütləq ona baş çəkin.

XƏRÇƏNG - Həddindən ziyadə uğurlu ərəfədir. Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün ətrafınızdakılar sizə yardımçı olacaqlar. Günün ikinci yarısı bu baxımdan daha münasibdir.

ŞİR - Əgər ixtiyarınızda olan bu təqvimdən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik görüş və əyləncələr bəxş edəcək. Buna hazır olun.

QIZ - Saat 14-ə qədər olan ərəfə istisna olmaqla qalan saatları yüksək əhval-ruhiyyədə başa vuracağınız ehtimal olunur. Axşama yaxın darıxdığınız insanlara baş çəkməyə çalışın.

TƏRƏZİ - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün əhəmiyyətli vaxtdır. Boş dayanmaqdansa səylərinizi birləşdirib yalnız irəli getməlisiniz. İşıq ucu gələn bütün yollara baş vurun.

ƏQRƏB - Günün ümumi görüntüsü işlərinizin normal tərzdə cərəyan edəcəyinə əsas verir. Hər hansı qanqaraçılığı və ya məyusluq ehtimalı yoxdur. Ailə zəminində isə hər şey ürəyinizcə olacaq.

OXATAN - Yaxın ünsiyyətdə olduğunuz insanların əksəriyyəti problemlərinizin həllində böyük rol oynayacaqlar. Bu, çıxardığınız qərarlardan, atdığınız addımlardan birbaşa asılı olacaq.

OĞLAQ - Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı hər hansı məclisdə keçirməyiniz daxili nigarançılığınızı azaldacaq. Qonşu və qohumlarla münasibətləri məcrasından çıxarmayın.

Dolca - Nəzərdə tutduğunuz əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla ünsiyyətdə obyektiv olun. Öz müsahiblərinizə bacardığınız qədər güzəştə gedin. Böyüklərin məsləhətini qulaqardına vurmayın.

BALIQLAR - Bir qədər neytral mövqedə dayanmağınız məsləhət görülür. Hansısa ciddi və riskli işlərə qol qoymamalısınız. Bu günün işini sabaha saxlamayın. Qərarlarınızda qəti olun.








balaca от 20 avqust 2016 10:58
ƏKİZLƏR tewekkur
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ