QOÇ - İşgüzar sövdələşmələr, pulla bağlı danışıqlar üçün münasib gün olmadığından bu kimi məsələləri təxirə salın. İndi sizə hər şeydən əvvəl orqanizminizi, xüsusən də əsəblərinizi qorumaq lazımdır.
BUĞA - Səhhətinizdə passivlik hökm sürdüyündən dincəlməyiniz daha məqsədəuyğundur. Ağır fiziki işlərdən, səfərə çıxmaqdan yayının. Axşamsa sevdiyiniz adamlarla təmiz havada gəzinməyə çalışın.
ƏKİZLƏR - Şəxsi büdcənizdə artım olacağı gözlənilir. Deməli, ev şəraitində az olmağınız lazım gələcək. Sizə ehtiyac duyanları sevindirməyə çalışın. Texniki avadanlıqlarla ehtiyatlı olun.
XƏRÇƏNG – Bürcünüzdəki planetar quruluş maddi dirçəlişdən xəbər verir. Ola bilsin ki, sizə borclu olanlarla rastlaşasınız. Saat 19-21 arası xoş bir təsadüflə rastlaşma ehtimalınız da var.
ŞİR - Nəhayət ki, qarşınızda duran bu tarixi ürəyiniz istəyən tərzdə keçirə biləcəksiniz. Ətrafınızda baş verən bütün olaylar ruh yüksəkliyinizə səbəb olacaq. Qazanmaq ehtimalınız da var.
QIZ - Müəyyən gərginlik müşahidə olunsa da, özünüzü ələ almaqla gözlənilən neqativliyi dəf edə bilərsiniz. Yaxşı olar ki, bu təqvimdə işlə bağlı heç bir danışıq və sövdələşmədə iştirak etməyəsiniz.
TƏRƏZİ - Darıxdırıcı məqamlarınız artıq arxada qalmaqdadır. Ruh düşkünlüyünə son qoyun. Çünki ulduzlar bu gündən başlayaraq taleyinizə müsbət məqamlar paylayacaq. Axşam maraqlı görüşləriniz mümkündür.
ƏQRƏB - Hiss olunur ki, qarşıdakı həftə üçün böyük bir sınaq meydanına çəkiləcəksiniz. Elə isə bəri başdan buna hazır olun. Dualar oxuyun, ziyarət edin və Tanrının varlığını başınız üstündə hiss edin.
OXATAN - Yaxşı olar ki, saat 16-ya qədər vaxtınızı ev şəraitində keçirəsiniz. Əks təqdirdə əsəbi situasiyalarla üzləşəcəksiniz. Sonrakı müddətdə isə maraqlı adamlarla rastlaşacaqsınız.
OĞLAQ - Qarşınızda əlamətdar bir təqvim durur. Vaxtınızın əsas hissəsini əyləncə və qonaqlıqlara həsr etməklə səmərəli anlar yaşaya bilərsiniz. İmkan daxilində səfərə də çıxmaq olar.
Dolca - Ailə-sevgi münasibətlərində uğurlarınız gözlənilir. Bütün umu-küsüləri bir kənara atın. Taleyinizdə dönüş yarandığı indiki məqamda yalnız əzmkarlığınızı artırmalısınız.
BALIQLAR – Ayın sonuna qədər nəzərdə tutduğunuz işləri reallaşdırmaq istəyirsinizsə, bu təqvimdən səmərəli şəkildə yararlanın. Gün ərzində mühüm şəxslərlə sövdələşmələr aparın.