QOÇ - Bu gün işgüzar sövdələşmələrdə iştirak etmək olduqca əhəmiyyətlidir. Bu baxımdan tövsiyələrimizdən maksimum istifadə etməyə çalışın. Axşama doğru qonaq getmək də əlverişlidir.
BUĞA - Maraqlı hadisələr yolunuzu gözləyir. Ətrafınızda baş verən hər bir proses daha çox xeyirli nəticə verəcək. Əgər təşəbbüskarlıq öz əlinizdə olmasa, bütün təkliflərdən imtina edin.
ƏKİZLƏR - Yeni əlaqələr yaratmaq istəyirsinizsə, aktivliyinizi artırın. Çünki bu gün arxasınca getdiyiniz işlərin əksəriyyəti reallaşmalıdır. Heç nəyə, ələlxüsus da insanlara ümidsiz yanaşmayın.
XƏRÇƏNG - Təxminən saat 13-ə qədər ümumi əhvalınızda xoş nüanslar nəzərə çarpacaq. Hətta sevindirici xəbər və ya təklif də ala bilərsiniz. Sonrakı müddətdə isə neytrallığınızı təmin edin
ŞİR - Yaxşı olar ki, bu təqvimin ilk yarısını oturaq şəraitdə keçirəsiniz. Hər hansı fiziki iş və səfər sizə zərər yetirə bilər. Sonrakı müddətdə isə özünüzə istirahət guşəsi arayın.
QIZ – Ulduzlar tövsiyə edir ki, bütün diqqətinizi istirahətə yönəldəsiniz. Onsuz da fəaliyyətlə bağlı bütün cəhdlərinizin boşa çıxma ehtimalı var. Qohumlara baş çəkmək sizin üçün daha düşərlidir.
TƏRƏZİ - Əgər həqiqətpərəstliyinizi qorumusunuzsa, ulduzlar sizə yardımçı olacaq. Nahar ərəfəsində və sonrakı saatlarda bir neçə sürprizlə rastlaşma ehtimalınız böyükdür. Buna hazır olun.
ƏQRƏB - Hansısa məclisə dəvət alacağınız gözlənilir. Bu, iftar və hansısa əlamətdar günü də ola bilər. Hər halda, ovqatınız xeyli yüksələcək. Sütunu möhkəm olan planlarınızı bir daha götür-qoy edin.
OXATAN - Nahara qədər əksər istiqamətlərdə düşərli bir gün yaşayacaqsınız. Sonrakı müddətdə isə bir qədər neytral mövqe nümayiş etdirməlisiniz. Nəzərə alın ki, gün ərzində Ay bürcünüzdə qərar tutacaq..
OĞLAQ - Bəxtinizdə çox uğurlu bir gün durur. Əzmkarlığınızı artırmaqla bu proqnozu reallığa yaxınlaşdırın. Şəxsi işlərinizdə böyük dönüş start götürə bilər. Perspektivli təkliflər də mümkündür.
DOLÇA - Müəyyən təsirlərə məruz qalsanız da, təmkininizi pozmayın. Əgər rəqibinizi yerində oturtmağa əmin deyilsinizsə, risk etməyə dəyməz. Yaxşı olar ki, hər şeyi zamanın ixtiyarına buraxasınız.
BALIQLAR - İşgüzar sövdələşmələrdə iştirak üçün ideal təqvimdir. Nüfuzlu insanlarla təmasda olmağınız sizi şöhrətə yaxınlaşdıra bilər. Diplomatik bacarığınızı maksimum səviyyəyə çatdırın.