QOÇ - Müəyyən qədər gərginliklə üzləşmə ehtimalınız var. Odur ki, həmkarlarınızla, eləcə də qonum-qonşu ilə ünsiyyətdə səmimi olmağa çalışın. Ciddi işləri təkbaşına həll etməyin.
BUĞA - Kənardan köməyə ehtiyac duyduğunuz hiss olunur. Göy qübbəsi bu istiqamətdə sizə yardımçı olacaq. Amma özünüz də passiv dayanmayın. Nahardan sonra şəxsi büdcənizdə artım ola bilər.
ƏKİZLƏR - Təəssüf ki, astroloji göstəricilər bu təqvimin passiv keçəcəyini bəyan edir. Münaqişələrə cəlb olunmaq istəmirsinizsə, iradəli və təmkinli olun. Bir az müşahidəçi rolu oynayın.
XƏRÇƏNG - Durumunuzdan bəlli olur ki, etibar etdiyiniz adamların əksəriyyəti sözünədüz şəxslər deyil. Bu isə sizin üçün həmişə problem yaradır. Odur ki, belə məsələlərdə sərt olmağa çalışın.
ŞİR - Yeniliklərlə dolu bir tarix yaşayacaqsınız. Qeyri-adi hadisələr, tanışlıq, əməkdaşlıq, eşqə düşmək və s. kimi amillər bu bürcün müvafiq adamlarının rastlaşacağı hadisələrdən olacaq.
QIZ - Bəxtinizdə riskli bir gün durub. Amma qorxmağa dəyməz. Çünki bu gün Göy qübbəsi sizi müdafiə etməkdədir. Təxminən saat 15-dən sonra şəxsi işlərinizdə böyük dönüş yarana bilər.
TƏRƏZİ - Kifayət qədər uğurlu gündür. Bir tərəfdən şəxsi işlərinizdə müsbət qığılcımlar, digər tərəfdənsə maliyyə işlərinizin qaydasına düşməsi əhval-ruhiyyənizi xeyli yüksəldəcək.
ƏQRƏB - İkitərəfli əlaqələr uğur gətirə bilər. Bu səbəbdən də potensial imkanlarınızdan bacardığınız qədər istifadə etməlisiniz. Hər bir işdə Allahı yada salın. Məntiqsiz iş görməyin.
OXATAN - Fəaliyyət göstərdiyiniz obyektlərdə mülayim davranın və hər kəsin ovqatını yüksəltməyə çalışın. İlahidən üzərinizə düşən bu missiyanı reallaşdırsanız, uğurlar qapısını açacaqsınız.
OĞLAQ - Bəxtinizdə əyləncəli məqamlar durur. Bu səbəbdən də qonaq getmək, dostlarla birlikdə əylənmək və ya səfərə çıxmaq sərfəlidir. Özünüzü təkəbbürlü aparmaqdansa, sadəliyə üstünlük verin.
DOLÇA - Hər mənada düşərli gündür. Ədalətli cəhdlərinizin əksəriyyəti reallığa yaxınlaşacaq. Paxıllıq və qisas hissindən uzaq olun. İntim əlaqə və uzaq səfərlər isə ümumiyyətlə, yolverilməzdir.
BALIQLAR - Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün riskli iş görməyin. Amma etibar etdiyiniz adamlar dəstək versə, axşama doğru planlarınızı reallaşdırmaqda çətinliyiniz olmayacaq. Ağır qidalardan qaçın.