Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu gün bürclər nə deyir (11.08.2016)

Bu gün bürclər nə deyir (11.08.2016)

Bu gün bürclər nə deyir (11.08.2016)


QOÇ – Sevgi-ailə münasibətlərində müəyyən mübahisələr gözlənildiyindən bəri başdan buna hazır olmalısınız. Əmin olun ki, bütün münaqişələri yalnız siz yoluna qoya bilərsiniz.

BUĞA - Ulduzların düzümü yalnız maliyyə məsələlərində uğurlara yiyələnəcəyinizdən xəbər verir. İstənilən sövdələşmə və ya işbirliyi xeyrinizə olacaq. Risk etməkdən qorxmayın.

ƏKİZLƏR - Yaxşı olar ki, bürcünüz haqqındakı bu proqnozu oxuyan eşidən kimi səfərə çıxasınız. Sizin üçün darıxanların çox olduğunu nəzərə alıb tövsiyələrimizə əməl edin. Səs-küylü şəhərdə nə tapmısınız?!

XƏRÇƏNG - Havaların qızmarlığını nəzərə alıb vaxtınızı əyləncə və istirahətə həsr edin. Çünki hansısa əməkdaşlıq və ya sövdələşmə uğursuz olacaq. Qonaqlıq və yeni tanışlıq üçün olduqca münasib vaxtdır.

ŞİR - Həmişə olduğu kimi indi də ulduzlar maliyyə məsələlərində qənaətcil olmağınızı məsləhət görür. Gələcək planlarınızı düşünün. Nahardan sonra mütləq müqəddəs yerlərə baş çəkin.

QIZ - Bu gün sevdiyiniz adamlarla bir yerdə olmağınız sizə rahatlıq gətirəcək. Ötən dövrlərin nostaljisinə qapılmaqdansa nikbin nəzərlərlə gələcəyə baxmağınız məsləhətdir.

TƏRƏZİ - İştirakçısı olduğunuz görüşlərdə hövsələsizlik etməyin. Son vaxtlar təmkininizin pozulması ulduzların xoşuna gəlmir. Qeybət amilini isə özünüzdən qətiyyətlə uzaqlaşdırmalısınız.

ƏQRƏB - Bəxtinizdə sevgi dolu bir təqvim var. Odur ki, özünüzü məhəbbət ümmanına salmaqla daxili sıxıntılarınızı xeyli azalda bilərsiniz. Maliyyə uğursuzluqlarına görə narahat olmayın.

OXATAN - Uğurlu tarix hesab etmək olar. Hansısa gərginlik və ya münaqişə gözlənilmir. Deməli, nəzərdə tutduğunuz vəzifələrin əksəriyyətini reallaşdırmaqda da problemlə üzləşməyəcəksiniz.

OĞLAQ - Yay olmasına baxmayaraq, istirahətdən daha çox fəaliyyətə yer ayırmalısınız. Çünki təxminən saat 12-dən sonra şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər. Bu yönümdə sizə dəstək də veriləcək.

DOLÇA - Astroloji göstəricilər əsəblərinizdə hələ də gərginlik olduğunu bəyan edir. Nəzərə alsaq ki xoşlamadığınız Ay 17:54-ə qədər bürcünüzdədir, deməli, daha ehtiyatlı olmalısınız.

BALIQLAR - Avqustun bu qaynar günündə bütün vacib işlərinizi saat 16-ya qədər başa çatdırmağa çalışın. Çünki sonrakı ərəfədə bütün cəhdləriniz boşa çıxa bilər. İnsanlarla xoş davranın.








MeLeK от 11 avqust 2016 12:33
Tesekkurler...burclere inanmiram...
--------------------
Inara от 11 avqust 2016 13:38
inamiram amma yenede siniyaram cox sagol xebere gore
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ