Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu günə olan bürclər

Bu günə olan bürclər

Bu günə olan bürclər





QOÇ - Günün birinci yarısında nəzərdə tutduğunuz perspektivlərin müəyyən hissəsini həll edə biləcəksiniz. Nahardan sonra isə yalnız neytral mövqe tutmalı, riskdən uzaq olmalısınız.

BUĞA - Təxminən saat 14-ə qədər ümumi əhvalınız süst olduğundan bütün ciddi işlərinizi təxirə salın. Sonrakı müddətdə isə maliyyə uğurlarınız gözlənilir. Uzaq yola çıxmayın.

ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvimdə işgüzarlığınız kifayət qədər artacaq. Bu səbəbdən də şəxsi büdcənizi qorumalı, fəaliyyət istiqamətlərini dəqiqləşdirməlisiniz. Yeni təkliflərə razı olmayın.

XƏRÇƏNG - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu kimi sövdələşmə və müzakirələrdə iştirakınız yaxın gələcəyin planlarını həyata keçirməyə kömək edəcək. Şübhəli adamlardan uzaq olun.

ŞİR - Kifayət qədər mübahisəli gündür. İfadə etdiyiniz hər bir sözə ciddi yanaşın. Əks təqdirdə münaqişəli situasiyalara cəlb olunacaqsınız. Falçı və cadugərlərdən uzaq olun.

QIZ - Qarşılıqlı münasibətlərdə, eləcə də işgüzar sövdələşmələrdə ulduzlar sizə dəstək verəcək. Böyük uğurlarınızın ilkin qığılcımları məhz bu təvimdən etibarən start götürəcək.

TƏRƏZİ - İxtiyarınızda olan bu maraqlı gündə savab işlərinizin sayını artırmağa çalışın. Bu, sonrakı proseslərin həllində sizə kömək edəcək. Mövcud problemlərə görə narahat olmağa isə dəyməz.

ƏQRƏB - Əksər məsələlərdə gün sizin xeyrinizə işləyəcək. Şəxsi işlərinizdə müsbət rol oynaya biləcək insanlarla da rastlaşacaqsınız. Unutmayın ki, hazırda uğurlarınıza gedən yolun astanasındasınız.

OXATAN - Sevgi məsələlərinə mülayim yanaşın. Bu, həm mövcud olan əsəbiliyinizi azaldar, həm də işlərinizin yaxşılaşmasına təkan verə bilər. Qohumluq münasibətlərinə xüsusi fikir verin.

OĞLAQ - Hər mənada uğurlu təqvimdir. Öz gücünüzə etibar edin. Çünki Göy qübbəsi sizə elə bir enerji verəcək ki, bütün maneələri dəf edə biləcəksiniz. Axşamsa sürprizlər gözlənilir.

DOLÇA - Passiv gündür. Hansısa qeyri-adi hadisəni gözləməyə dəyməz. Yaxşı olar ki, üzərinizə düşən adi işlərin həlli ilə məşğul olasınız. Məxfi görüşləri və səfərləri təxirə salın.

BALIQLAR – Elektrik və digər avadanlıqlarla ehtiyatlı davranın ki, xəsarət almayasınız. Digər sahələrdə elə bir çətinliyiniz olmayacaq. Axşam saatlarını ürəyinizə yaxın dostlarla gəzintiyə həsr edin.










balaca от 9 avqust 2016 16:29
ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvimdə işgüzarlığınız kifayət qədər artacaq. Bu səbəbdən də şəxsi büdcənizi qorumalı, fəaliyyət istiqamətlərini dəqiqləşdirməlisiniz. Yeni təkliflərə razı olmayın.
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ