QOÇ – Büdcənizi artırmaq üçün geniş imkanlarınız var. Boş-boşuna vaxt itirməyə çalışmayın. Pul qoxusu gələn istənilən ünvana və şəxsə müraciət edin. Qeybətcil adamlardan uzaq olun.
BUĞA - Bu təqvimi sizin üçün avqustun ən uğurlu günlərindən biri zənn etsək, yanılmarıq. Bazar günü olmasına baxmayaraq, istirahətə yer ayırmaq mümkünsüz görünür. Başqalarının işinə qarışmayın.
ƏKİZLƏR – Bu gün uğur əldə etmək istəyirsinizsə, risk etməkdən qorxmayın. Bir də çalışın ki, hədəfiniz sağlam olsun. Neçə vaxtdan bəri davam edən maliyyə problemləriniz də aradan qalxmalıdır.
XƏRÇƏNG – Bütün gücünüzü ortaya qoyub məqsədlərinizi reallaşdırın. Kiminsə köməyinə tam ümidlə bel bağlamayın. Belə həssas məqamlarda mənasız dedi-qoduya vaxt ayırmayın.
ŞİR – Hər şeydən əvvəl haqqınızı qorumalısınız. Bu vaxta qədər keçdiyiniz yoldan, xüsusən də buraxdığınız səhvlərdən nəticə çaxarın. Yaxın 5 gündə bu analizlərin həyatınızı dəyişəcəyinə inanın.
QIZ – Maraqlı simalarla rastlaşma ehtimalınız böyükdür. Bu isə öz-özlüyündə planlarınızın sürətli inkişafında əhəmiyyətli rol oynayacaq. Əgər işlə bağlı məşğul deyilsinizsə, axşam mütləq qonaq gedin.
TƏRƏZİ – Gələcək həyatınızda önəmli dəyişikliklər etmək istəyirsinizsə, bu gündən maksimum bəhrələnin. Aldığınız təklifləri dönə-dönə götür-qoy edin. Saat 18-20 arası yeniliklər gözlənilir.
ƏQRƏB – Gün ərzində daha çox sağlıq durumunuzu nəzarətdə saxlayın. Özünüzü iqlimin şıltaqlığına hazır tutun. Bunu bacardığınız təqdirdə hər hansı problem çıxmayacaq. Bu gün yeni əlaqələr uğur vəd edir.
OXATAN – Ailə-sevgi münasibətlərində bir qədər anlaşılmazlıqlar mümkündür. Çalışın ki, bu amil mübahisə həddinə çatmasın. Səhvlərinizi etiraf etməyi bacarın. Bunun sizə yalnız xeyri dəyə bilər.
OĞLAQ – Gündəlik ünsiyyətdə olduğunuz hər kəslə davranışlarınıza fikir verin. Özünüzü mehriban aparın. Bacarıqsız adamlarla münasibətləri zəiflədin. Varlanmaq üçün imkan qazanacaqsınız.
Dolca - Ailə üzvlərinizlə müəyyən xoşagəlməzliklər gözlənilsə də, bu, yalnız günün birinci yarısını əhatə edəcək. Nahardan sonra isə xoş təsadüflərlə rastlaşacaqsınız. Axşam qonaq gedin.
BALIQLAR – Ziddiyyətli bir gün yaşayacağınız gözlənilir. Ulduzlar sizə qarşı bir neçə istiqamətdən təzyiqlər olacağını, həmçinin perspektivli təkliflər alacağınızı bildirir. Bunların ən yaxşısını seçin.