Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
05.08.2016 Gündəlik Bürclər

05.08.2016 Gündəlik Bürclər

05.08.2016 Gündəlik Bürclər


QOÇ - Qarşınızda perspektivli və yorucu işlər durur. Ulduzlara inansaq, ötən bir həftədə yol verdiyiniz səhvləri düzəltmək imkanı qazanacaqsınız. Etibarsız adamlardan uzaq olun.

BUĞA - Əsas vaxtınızı münasibətlər zəminində qurun. Dostluq-yoldaşlıq istiqamətində, ələlxüsus da büdcə məsələlərində sevindirici anlarınız olacaq. Bu gün uzaq səfərə çıxmaq olmaz.

ƏKİZLƏR - Bu zaman kəsiyində hər hansı bir mübahisə və ya münaqişəyə həvəs göstərməyiniz yalnız zərərinizə olacaq. Belə bir mənzərə yaransa, müəyyən ünvanlara qonaq getməyə dəyər.

XƏRÇƏNG - Olduqca riskli gündür. Odur ki, istənilən addımı atmazdan qabaq mütləq mövcud reallığı nəzərə almalısınız. Nəticənin uğurlu olmasını istəyirsinizsə, təcrübəli adamlardan yararlanın.

ŞİR - Son vaxtlar işlə bağlı passivliyə mübtəla olmağınız sizi yormaqdadır. Bu gün də belə bir şey gözlənildiyindən vaxtınızı əyləncələrə həsr edin. Sevgidə kobudluğa yol verməyin.

QIZ - Çoxsaylı görüşlərdə iştirakınızdan xəbər verən Göy qübbəsi maraqlı təkliflər alacağınızı da bəyan edir. Yeni işlərə başlamaq və ya bu barədə fikir mübadiləsi aparmaq üçün yaxşı vaxtdır.

TƏRƏZİ - Astroloji göstəricilər həmkarlarınızla münasibətdə təmkinli olmağı tövsiyə edir. Bunu bacarsanız, ciddi probleminiz olmayacaq. Çimərliyə getmək, təbiət qoynunda dincəlmək sizə zövq verə bilər.

ƏQRƏB - Kifayət qədər məhsuldar gündür. Emosionallığınızı soyuqqanlılıqla əvəz edə bilsəniz, bir çox sahələrdə uğurlarınız olacaq. Şəxsi işlərinizdə əsaslı dönüş də mümkündür.

OXATAN - Sizə borclu olanlardan, eləcə də məvacib prosesində gecikən pullarınızı əldə etməyə çalışın. Əks təqdirdə buna bir həftə nail ola bilməyəcəksiniz. Yerli-yersiz özünüzü tərifləməyin.

OĞLAQ - Hər şeydən öncə sağlamlığınıza fikir verməlisiniz. Ağır fiziki işlərdən, hündürlüyə çıxmaqdan ehtiyatlanmalısınız. Qərar qəbul edərkən müsahib rəyini mütləq nəzərə alın.

Dolca - Yeni əlaqələrə başlamaq, fəaliyyət zəminində dönüş yaratmaq üçün sərfəli tarixdir. Bu istiqamətdə xərcə düşməkdən qorxmayın. Çünki müdafiənizdə duran ulduzlar sizi qoruyacaq.

BALIQLAR - Sevinməyə dəyər. Çünki astroloji göstəricilər ötən 5 gündə yarımçıq qalan hansısa planınızın reallığa yaxın olacağını bildirir. Deməli, əzmkarlığınızı artırmaqla buna nail olmalısınız.








MeLeK от 5 avqust 2016 00:35
Xeber ucun tesekkurler
--------------------
Frank от 5 avqust 2016 01:13
Oz burcumu oxudum , cox sagol muellif
Inara от 5 avqust 2016 14:03
cox sagol amma men inamairam burcdere yenede cox sagol bekem sevinecem
SENINEM от 6 avqust 2016 08:36
BALIQLAR - Sevinməyə dəyər. Çünki astroloji göstəricilər ötən 5 gündə yarımçıq qalan hansısa planınızın reallığa yaxın olacağını bildirir. Deməli, əzmkarlığınızı artırmaqla buna nail olmalısınız.

saol oxudum
--------------------
yoxduu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ