Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gündəlik Bürclər - 30.07.2016

Gündəlik Bürclər - 30.07.2016

Gündəlik Bürclər - 30.07.2016

Burcler

QOÇ - Astroloji göstəricilər qeyri-adi addım atmağınızı məqsədəuyğun hesab etmir. Daha çox neytral mövqedə durmalı, gündəlik qayğılarınızla məşğul olmalısınız. Qəfil iş tutmayın.

BUĞA - Dünəndən Ay bürcünüzdə olduğu üçün ciddi planlarınızı təxirə salın, istənilən mübahisələrdən uzaq olun. Əgər kiminləsə "haqq-hesab"ınız varsa, bunu başqa vaxta saxlayın.

ƏKİZLƏR - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Buna hazır olduğunuz təqdirdə ulduzlar müdafiənizdə duracaq. Uzaq məsafələrə aldığınız dəvətlərdən bacardığınız qədər imtina etməyin.

XƏRÇƏNG – Giley-güzarı bir tərəfə atın, təcrübə göstərir ki, bunun heç bir səmərəsi olmur. Sevgi-ailə istiqamətində mülayimlik nümayiş etdirin. Qanqaraldıcı addımlardan uzaq olmağa çalışın.

ŞİR - Ulduzlar bu təqvimdə yeganə probleminizin maliyyə məsələləri ilə bağlı olacağını xəbər verir. Odur ki, bəri başdan buna hazır olun. İş yerində rəhbərliklə mülayim davranın.

QIZ - O qədər də uğurlu təqvim deyil. Ətrafınızda olan şəxslərlə aranızda anlaşılmazlıqlar yaranmaması üçün maksimum ehtiyatlılıq nümayiş etdirin. Səhhətinizə diqqəti artırın.

TƏRƏZİ - İyulun ən uğurlu gününü yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdən tutmuş fəaliyyət zəmininə qədər bütün proseslər xeyrinizə olacaq. Yeni təklif alsanız, imtina etməyin.

ƏQRƏB - Ailə zəminində mübahisələriniz gözlənilir. Bu səbəbdən də hər xırda xoşagəlməzliyi ciddi problemə çevirməməlisiniz. Fəaliyyətlə bağlı riskli hərəkətlərə yol verməyin. Bəxtinizdə pul var.

OXATAN - Maraqlı səfərlərə çıxmaq üçün Göy qübbəsi sizə şans verəcək. Maddi imkanınız buna yetdiyi təqdirdə imtina etməyin. Bu ərəfədə fəaliyyətə bir qədər ara verməyiniz məsləhət görülür.

OĞLAQ – İşgüzar əlaqələrinizi dərinləşdirməklə qarşınızda duran vəzifələri layiqincə yerinə yetirə bilərsiniz. Tələsik qərar verməyin. Gümanınız gələn hər kəsdən məsləhət almağa çalışın.

Dolca - Təxminən saat 13-ə qədər bütün ciddi işlərinizin həllini təxirə salmalısınız. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sonrakı saatlarda isə perspektivli təkliflər alacaqsınız.

BALIQLAR - Bəxtinizdə uğurlu ərəfə durur. Bəzi xırda xoşagəlməzliklər olsa da, situasiyaların nəticəsi zövqünüzə uyğun tərzdə cərəyan edəcək. Yay istirahətinə də vaxt ayırın.


Burcler








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ