Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gündəlik Bürclər - 04.06.2016

Gündəlik Bürclər - 04.06.2016

Gündəlik Bürclər - 04.06.2016

Qoç - yaxınlarınızla münasibətlə güzəştə gedin. Əks təqdirdə sizin inadkarlığınız rişxənd üçün səbəb ola bilər. Bununla belə, sizin fikrinizdən dönməməyiniz ətrafdakılarla münasibətlərdə ciddi gərginliyə səbəb olmayacaq.

Buğa - xırda da olsa çətinliklər istisna deyil. Bu çətinliklərin çoxu öz günahınızdan yaranır - imkanlarınızı həddindən artıq qiymətləndirmisiniz və qarşınıza çox çətin vəzifələr qoymusunuz. Əgər vaxtında düzəliş etsəniz, hədər səylər və boş təlaşdan xilas ola bilərsiniz. Unutmayın ki, bu gün bəxtiniz yalnız xırda məsələlərdə gətirəcək. Ciddi və vacib işlərdə isə istisnasız olaraq öz gücünüzə arxalanmalısınız.

Əkizlər - kübar tədbirlərə getmək üçün əla gündür. Maraqlı dəvət yoxdur? Eybi yox, özünüz nəsə təşkil edin. Bu gün gücünüzü bərpa etmək üçün həmişəkindən çox istirahət etməlisiniz. Ona görə də artıq yükdən imtina edin və istirahətsiz çalışmayın.

Xərçəng - intuisiya deyir ki, tezliklə vacib və müsbət nəsə baş verəcək. Yanılmır. Düzdür, vaxtla bağlı bir qədər dolaşıqlıq var. Yəqin ki, ən maraqlı hadisələr sabah baş verəcək. Odur ki, taleyin sizi aldatdığını düşünməyin, hər şey hələ qabaqdadır.

Şir - dünənlə müqayisədə bir qədər xoş gündür. Amma onu xüsusilə uğurlu hesab etmək olmaz. Bu gün gələcək həyatınızın asılı olduğu qərarları qəbul etməli olacaqsınız.

Qız - ən çətini yaxınlarla yola getməkdir. Onlarla münasibətlərdəki boş fikir ayrılıqları ciddi nəticələr verə bilər. Heç kimi incitməmək üçün özünüzü necə aparmağın lazım olduğunu intuisiyanız deyəcək. Daxili səsinizə qulaq asın.

Tərəzi - tələsməyin. Səhər saatlarında ötən günün mənfi tendensiyalarının təsiri hiss olunacaq. Amma günortadan sonra vəziyyət yaxşılığa doğru dəyişəcək. Nə sizin, nə də müttəfiqlərinizin heç cür öhdəsindən gələ bilmədiyi işi başa çatdırmaq şansı yaranacaq. Əlinizə pul gəlməsi mümkündür. Dəyərli hədiyyələr də istisna deyil.

Əqrəb - ailə üzvləri ilə münasibətlər xüsusi diqqət tələb edən sahədir. Sülhü qorumaq, yaxınlarınızı dalaşmağa qoymamaq sizin şərəfli və məsuliyyətli missiyanızdır. Axşam yaxşı xəbərlər alacaqsınız.

Oxatan - bu günü asan adlandırmaq düz deyil. Lakin çətin ki, kefinizi pozsun. Lazım olan nəticəni əldə etmək olar. Lakin buna hansısa qeyri-adi üsullarla nail olmaq lazımdır. Narahatedici məqam ətrafdakıların sizin hərəkətlərinizə qarşı reaksiyasının birmənalı olmamasıdır: sizi gah həddindən artıq orijinallığa görə danlayırlar, gah da eyni şeyə görə tərifləyirlər.

Oğlaq - ev işləri üçün münasib gündür. Evi bəzəmək, mətbəxdə eksperimentlər etmək, qeyri-adi romantik görüşlər barədə fikirləşmək olar. Bir sözlə, fantaziyanıza sərrbəstlik verin.

Dolça - gün sakit və xoş keçəcək. Başgicəlləndirici uğurlar olmasa da, yeni, müsbət dalğaya köklənirsiniz. Bu, əbəs deyil. Çox uğurlu dövrə hazırlıq mərhələsi başlayır. Yeni işlərə başlamaq, qarşıya yeni vəzifələr qoymağın əsl vaxtıdır.

Balıqlar - dünənki qədər çox şey vəd edən olmasa da, pis gün deyil. Bu gün hadisələrə real baxacaq, onları mümkün olduğu qədər obyektiv qiymətləndirəcəksiniz. Əməkdaşlığa başlamaq üçün pis gün deyil. Sizinlə birgə fəaliyyətdə maraqlı olduqlarını hiss etdirən adamlarla da əməkdaşlığa başlaya və öz şərtlərinizi diktə edə bilərsiniz.










Xanimcik от 4 iyun 2016 18:40
Oxatan - bu günü asan adlandırmaq düz deyil. Lakin çətin ki, kefinizi pozsun. Lazım olan nəticəni əldə etmək olar. Lakin buna hansısa qeyri-adi üsullarla nail olmaq lazımdır. Narahatedici məqam ətrafdakıların sizin hərəkətlərinizə qarşı reaksiyasının birmənalı olmamasıdır: sizi gah həddindən artıq orijinallığa görə danlayırlar, gah da eyni şeyə görə tərifləyirlər. tewekurler
Princess от 6 iyun 2016 10:27
Dolça - gün sakit və xoş keçəcək. Başgicəlləndirici uğurlar olmasa da, yeni, müsbət dalğaya köklənirsiniz. Bu, əbəs deyil. Çox uğurlu dövrə hazırlıq mərhələsi başlayır. Yeni işlərə başlamaq, qarşıya yeni vəzifələr qoymağın əsl vaxtıdır.
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ