Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gündəlik Bürclər - 01.06.2016

Gündəlik Bürclər - 01.06.2016

Gündəlik Bürclər - 01.06.2016


Qoç - bu gün yeni tanışlıqlar üçün əlverişlidir. Ona görə də sizi nəzəri cəhətdən yeni tanışlıqlar gözləyən yerlər və tədbirlərə getməkdən imtina etməyin. Ovqatınız da yaxşı deyil. Xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Qida zəhərlənməsi və allergik reaksiyalar istisna olunmur.

Buğa - hadisələrin inkişafının sizdən asılı olduğunu başa düşür və baş verənlərə təsir imkanlarınıza səmimiyyətlə sevinirsiniz. Lakin hansısa qəti addımı atmazdan əvvəl sizi kimin hərəkətə gətirdiyini özünüzə etiraf edin.

Əkizlər - əgər söhbət yeni tanışıza qarşı oyanan maraq nəticəsində yaranan ani emosiyalardan gedirsə, heç nə etməyin, gözləyin. Düşünülməmiş addım bir sıra əyləncəli macəralara səbəb ola bilər. Lakin bu macəraların nəticəsi istədiniyiz kimi olmayacaq.

Xərçəng - əgər öhdəliklərə müqavimət göstərsəniz və axına qarşı üzsəniz, gününüz maraqlı keçəcək. Bütün vaxtınızı evdə keçirməyə dəyməz. Maraqlı tanışlıqlar ehtimalı yüksəkdir. Bu tanışlıqlar ani də olsa, xoş emosiyalar bəxş edəcək

Şir - günü əlverişli hesab etmək olar. Qohumlarla münasibətlərdə hər şey qaydasında olacaq. Bundan başqa, gün alış-veriş üçün əlverişlidir. Az pul xərcləməklə çox gözəl şeylər ala bilərsiniz. Buna görə həm bəxtinizə, həm də öz intuisiya və zövqünüzə minnətdar olmalısınız. Münaqişələr ehtimalı çox azdır.

Qız - gün həyat potensialının aşağı olması ilə fərqlənəcəyindən bir nəfərin enerjisi səddləri aşmaq üçün kifayət etməyəcək. Əgər yaxınlığınızda potensial köməkçi görmürsünüzsə, işlərinizi təxirə salın. Bu günkü əməklərinizin hədər olacağı ehtimalı çox böyükdür. Romantik münasibətlərə başlamaq üçün münasib gündür.

Tərəzi - bu gün sizdə xoş təəssürat yaradan çoxlu hadisə baş verəcək. Lakin bir şeyə diqqətdə saxlamaq lazımdır: bu, ilk mərhələdir və ən maraqlı şeylər sonra başlayacaq. Yəni, əgər sizə qızıldan dağ və ya istənilən başlanğıcda dəstək söz verirlərsə, bunların hər ikisini alacağınıza ciddi şəkildə bel bağlamaq məsləhət görülmür.

Əqrəb - ünsiyyətdəki dolaşıqlıq təkcə mənəvi rahatlığınız üçün yox, həm də fiziki sağlamlığınız üçün təhlükəlidir. İnfeksion xəstəliklər ehtimalı çox yüksəkdir. İnsanların çox olduğu yerlərə getmək, şübhəli ictimai iaşə müəssisələrində zərif yeməklərdən dadmaq məsləhət deyil.

Oxatan - ağılabatan fiziki yük faydalıdır. Gün idmanla məşğul olmaq, gəzinti və səfərlər üçün əlverişlidir. Təmiz havada nə qədər çox vaxt keçirsəniz, əhvalınız da bir o qədər yaxşı olacaq.

Oğlaq - yorucu və çətin gündür. Emosional fon olduqca qeyri-sabitdir. Siz öz əhvalınızla bacara və hisslərinizi gizlədə bilmirsiniz. Nəticədə, ətrafdakılarla münaqişə ehtimalı həndəsi artımla böyüyür. Ən pisi isə odur ki, heç kimin sizə rəhmi gəlmir və ya halınıza yanan yoxdur. Beləliklə, istənilən mübahisə qalmaqala qədər böyüyə bilər.

Dolça - uğursuz gündür. Həyata keçirilməsi mümkün olan planları heç cür qura bilmirsiniz. Ağlınıza gələn ideyaların həyata keçirilməsi isə o qədər çətindir ki, fikirlərinizi reallaşdırmaq üçün heç bir cəhd etmədən təslim olmağa hazırsınız. Üstəlik, faydalı və xoş şeylər arasında seçim etməli olacaqsınız.

Balıqlar - bu gün, ətrafınızda əhəmiyyətli dəyişikliklərlə əlamətdar olacaq. Sizdən öz maraqları üçün istifadə etməyə çalışan, hisslərinizlə oynayan adamlarla əlaqələr kəsilir. Bu, xoşagəlməz, hətta, ağrılı prosesdir. Lakin getdikcə yüngüllük hiss edəcək və bu günü həyatınızın daha xoş və maraqlı mərhələsinin başlanğıcı kimi xatırlayacaqsınız.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ