Qoç bürcü Elə bil enerji dovşanısan. Səni yaxşı tanıyanlar nə qədər enerjili olduğundan xəbərdardır. Mehriban gülüşünlə hamını özünə cəzb edirsən. Gözəlliyin və xarici görünüşün: Gözəllikdən söz düşəndə sənin digərlərindən daha az makiyaj etdiyini deyə bilərik. Diqət mərkəzində olmağı sevməyinə baxmayaraq, hazırlanmağın 15-20 dəqiqə çəkir. Kirpiklərinə rəngli tuş ya da xoş broşla yığmağı sınaqdan keçirə bilərsən.
Buğa bürcü Ən sadiq və ən istiqanlı xüsusiyyətlərə sahibsən. Buna görə də hər kəs səninlə dost olmaq istəyir. Çox səbirli və ünsiyyətcil olduğunu da deyə bilərik. Gözəlliyin və xarici görünüşün: Gülüşün ən güclü silah olduğuna görə dodaqlarını parlaq boya ilə vurğulamalısan. Ciddi görünmək istədiyin zaman parlaq və rəngli geyimlərdən uzaq durmalısan. Bahalı kosmetik məhsullara üstünlük verirsən. Bunun yerinə normal qiymətə satılan məhsullara da yerə verə bilərsən.
Əkizlər bürcü Əkizlər ən zarafatcıl tiplərdir. Dostların da səni məhz bu xüsusiyyətinə görə çox sevirlər. Gözəlliyin və xairci görünüşün: Əkizlər xarici görünüşlərini dəyişdirməyi sevirlər. Saçlarının rəngini tez-tez dəyişdirdiyin üçün yarı qalcı boyalardan istifadə edə bilərsən. Belədə saçların az zərər görər. Makiyaj edəndə işlətdiyin tonların çox çeşidli olmasına diqqət etməlisən.
Xərçəng bürcü Ən şəfqətli və ən əliaçıq bürcdür. Həssas və duyğusal xüsusiyyətlərə sahibsən. Xəyal gücün isə olduqca qüvvətlidir. Gözəlliyin və xarici görünüşün: Xərçənglər hər zaman daxili gözəlliyə üstünlük verirlər. Buna görə də xarici görünüşlərinin qeydinə qalmazlar. Niyə o yaradcı enerjindən bir az da gözəlliyinə xərcləmirsən? Öz tərzini yaratmaq üçün aşırıya qaçmaq məcburiyyətində deyulsən, amma rəngli köynək, ya da gözəl ətir almağa da çəkinməməlisən.
Şir bürcü Heç kim harada olduğunu öyrənməyə çalışmır çünki onsuz da diqqət mərkəzindəsən. Buna görə də səninlə maraqlananlar çoxdur. Lider olmağı sevdiyini bilməyən yoxdur. Harada aş, orada başsan… Gözəlliyin və xarici görünüşün: Tərzinə gəldikdə ciddi döyüşçü olduğunu deyə bilərik. Çünki bir yerə gedəndə neçə gün əvvəlcədən hazırlaşır. Nə geyinəcəyin haqqında günlərlə fikirləşir, saçlarını saatlarla güzgü qarşısında toplamağa çalışırlar. Həm də əks cinsin münayəndələrinin səbrini daşırırlar. Çünki hər dəfə gecikirlər. Makiyaj etmək onların həyat tərzidir. Makiyajsız evdən çəxmamaları da bunu göstərir.
Qız bürcü Qız bürcünün nümayəndələri nizam-intizamı sevirlər. Məktəb vaxtlarınızı yada salın, ən gözəl və səliqəli dəftərlər həmişə sizdə olur. Evdə də dolabın və yatağın qaydasında olur. Gözəlliyin və xarici görünüşün: Çox idealistsən, hətta baxışlarından da hiss edilir. Sənin fikrincə, qızlar hər zaman az makiyaj etməli və saçları daranmış vəziyyətdə olmalıdır. Çox seçici bir tip olduğun üçün bahalı mağazaları və parfumeriyaları gəzməkdən heç yorulmursan.
Tərəzi bürcü Çox sosialsan. Həyatının eyni səviyyədə davam etməsinin tərəfindəsən. Tərəzilər kişiləri özünə maqnit kimi çəkir. Gözəlləyin və xarici görünüşün: Evdə oturmaq yerinə dostları ilə gəzməyə üstünlük verdiyi üçün bəzənməyi sevirlər. Buna görə də həmişə gözəliyin qeydinə qalmalısan. Bütün makiyaj vasitələri ilə üzünü boğduqdan sonra təmizləməyi də unutmamalısan.
Əqrəb bürcü Əqrəblər haqqında konkret söz demək olmaz çünki fikirlərini və bəyəndiklərini bir anda dəyişdirə bilərlər. Həm də sirli olurlar. Eyni ilə sənin kimi! Gözəlliyin və xarici görünüşün: Gözəl və cazibədar görünməyi sevirsən. Gözəlliyini üzə çıxarmaq üçün hərdən bir xarici görünüşdə dəyişiklik etməyi xoşlayırsan. Sənə nəyin yaraşdığını yaxşı bilirsən, buna görə də qətiyyən çılğın saç modelləri etmirsən. Üz cizgilərini yaxşı tanıdığın üçün bütün makiyaj tonları sınaqdan keçirdikdən sonra sənə nəyin yaraşdığını tapa bilirsən. Pastel tonları tam sənə görədir.
Oxatan bürcü Açıq fikirli qızsan. Buna görə də dost seçmək də ustasan. Zarafatlarınla hər yeri şənləndirirsən. Tək qüsurun, bəzən ətrafdakılara qarşı sərt və kobud rəftar etməyindir. Gözəlliyin və xarici görünüşün: Açıq havada gəzməyi xoşladığın tip üçün dərini qorumalısan. Xüsusən də qoruyucu faktorlu kremlər işlətməlisən. Makiyaj edəndə keyfiyyətli kosmetik vasitləri seçməyi bacarırsan. Rəngli kölgələr, dodaq boyaları sənə çox yaraşır.
Oğlaq bürcü Ən məntiqli qızlar oğlaq bürcünün qızlarından çıxır. Hər şeyin qaydasında olmağını xoşlayırlar. Hər xırda detalla maraqlanır və mükəmməl olmasına çalışırlar. Gözəlliyin və xarici görünüşün: Planlı olması gözəllik anlayışına da yansıyır. Saçlarını davamlı olaraq kəsdirir. Çox güman ki, mütəxəssislərin verdiyi gözəllik məsləhətlərinə də əməl edir. Eyni şeyi gözəllik salonunda da sınaqdan keçir və onun fikirlərini öyrən.
Dolça bürcü Ən yaxşı stilə sahib olan bürc adlandırmaq olar. Dəbi təqib edirsən. Bəzilərinə qəribə gəlsə də, azadlıq və inadçı olmaq sənin qanında var. Gözəlliyin və xarici görünüşün: Gözəl görünmək sənin üçün çox əhəmiyyətlidir. Makiyaj çantan və dolabın kosmetik vasitələrlə doludur. Ancaq dərinə davamlı olaraq qulluq etmirsən. Buna görə lazım olanda saç uclarını kəsdir və dərinə vaxtlı-vaxtında qulluq elə!
Balıq bürcü Xəyal gücü, yaradıcılıq və incə zövqə sahibsən. Dostluqlar sənin üçün çox əhəmiyyətlidir. Sadiq dostsan. Gözəlliyin və xarici görünşün: Həddindən artıq xəyalpərəst olduğun üçün hər an dəyişiklik edə bilərsən. Su ünsürünün qızları makiyaja çox düşkün olur. Mükəmməl və qeyri-adi makiyaja uzun vaxt ayırmağa tənbəllik etmirsən. Xüsusən də açıq tonlar sənə çox yaraşır.