Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bürclərin daxili dünyaları haqqında maraqlı məlumatlar

Bürclərin daxili dünyaları haqqında maraqlı məlumatlar

Bürclərin daxili dünyaları haqqında maraqlı məlumatlar


Bürclər qadınların xarakteri və daxili dünyaları haqqında vacib açardır. Bürclər qadınların səhvlərini və qüsurlarını görüb kəşf etməyə yardım edə bilər.


Qoç bürcü: Bu bürcün qadınları dürüst, davakar, enerjili və müstəqilliynə düşkündürlər. Ailəsi haqqında daima yüksək fikirlər söyləməyi sevir. Ən böyük qüsuru qısqanc və kinli olmasıdır. Həyat yoldaşından onu tərfləməsini gözləyir, başqasının tərif olunmasına isə qısqanclıqla yanaşır. Yaxşı ev xanımıdır, həyat yoldaşını idarə etməyi bacarır. Bu bürcün qadınları aqressiv, çox romantik və ona dəlicəsinə heyran olanları daha çox xoşlayırlar.

Buğa bürcü: Buğa qadınlar yumşaq təbiətli, ərinin sözünə canla-başla qulaq asan və açıq danşmağı sevəndirlər. Bu tip insanlar incəsənətlə bağlı sahələrdə qabiliyyətli olur. Evini bəzəyib-düzməkdən həzz alır. Ümumiyyətlə, evinin təmizliyi Buğalar üçün olduqca vacibdir. Sevgidə həmişə dürüst olur və ailəsinə istilik bəxş edir. Çox yaxşı həyat yoldaşı və ana olur. Ərindən şübhələnsə, belə duyğularını gizli saxlayır.

Əkizlər bürcü: Bu qadınlar tez bir zamanda dostluq münasibətləri qura bilirlər. Dəyişiklikdən xoşlanırlar və bunun müsbət tərəfə dorğu gedəcəyindən əmin olurlar. Gəzmək və səfərə çıxmaq onların ən böyük arzusudur. Həyat yoldaşlarının savadlı olmasından böyük zövq duyurlar. Evlilik həyatı çox zaman uğurlu olur. Düşündüklərini sərt və kobud şəkildə ifadə edirlər. Evlərinin dekorasiyasını tez-tez dəyişməyi sevirlər. Gizli eşq məcəraları onları cəlb edir.

Xərçəng bürcü: Bu bürcünün qadınları sevgidə səmimi və sevdiyi insanın hər bir işinə canıyananlıqla yanaşırlar. Bu qadınlar çoxlarına düşkün olur, ittifaqdan zövq alan, dürüst, kübar və nazik, savadlı, asan dəyişməyən fikrə sahib olurlar. Onlar mükəmməl anadır. Səbrli, bağışlayan və işinə məsuliyyətlə yanaşan insan olurlar. Həyat yoldaşına dost ola bilir. Onların həyatında sevgi olmadığı müddətdə monotonlaşır. Sevgidə sadiq olduqları kimi həm də fədakardırlar. İnadkar və əzmli xarakterə malikdirlər.

Şir bürcü: Bu qadın geniş qəbli, əliaçıq və xeyirxah olur. Mübahisə və müzakirə etməyi sevirlər. Başqalarına yardım etməyi sevir və düşündüklərini həmin anda deyə bilirlər. Evini çox gözəl idarə edə bilir. Onun qoyduğu qaydalara əməl edilməsindən heyranlıq duyur. Sevgisi uğrunda özünü fəda edir. Eyni zamanda həyatında olan insanı daim nəzarət altında saxlamaq istəyir. İdeal və dərin sevgi axtarışında olur… Yüksək səviyyəyə və vəzifəyə gəlmək üçün daim mübarizə aparır.

Qız bürcü: Bu bürcün qadınının gözlərində dürüstlük və sevgi hiss olunur. Təmiz ürəyə malikdir, insanlara kömək etməyi sevir və bundan qürur duyur. Utancaq və qürurlu olduğu üçün sevgisini həyat yoldaşından gizlədir. Çox bədxərcdir, hətta həyat yoldaşını soymaq dərəcəsinə çatır… Qaydalara riayət etməyi xoşlayır və məsuliyyətlidir. Hər bir şeydə seçilməyi sevirlər. Bu istək isə onları səhv addımlar atmağa sövq edir.

Tərəzi bürcü: Hər zaman hər bir şeyin müsbət tərəflərini düşünür. Həyata daha pozitiv baxır. Erkən yaşlarda ailə həyatı qurur. Ağıllı, anlayışlı biridir və uğur axtarışında olur. Özünü və həyatını çox sevir. Sevgidə isə mütəxəssisdir… Parfümlərə düşkünlük, bədənlərinə xüsusi qulluq göstərmələri Tərəzilərin əsas özəllikləridir. Əylənməyi, rahatlığı və bahalı həyatı çox sevirlər. Çox dərindən vurulurlar, lakin həyat yoldaşı eyni diqqəti göstərməsə, boşanmağı ağıllarından belə keçirmirlər.

Əqrəb bürcü: Bu bürcün qadınları hər kəsə eyni münasibəti göstərdikləri üçün qarşılığını da gözləyir. Lakin eyni münasibəti görmədikdə həmin insandan uzaqlaşırlar. Həyat yoldaşı da Əqrəb bürcü olsa, bəxtəvər sayılır. Günahlarını gizlədir, lakin üzə çıxdığı zaman hər şeyi etiraf edir və üzr istəməkdən utanmır. Hünərli və qərarlıdır. Böyüklərə hörmət edir və çox səbrlidir. Lakin səbri daşdığı zaman çox dəhşətli hadisələr olar bilər, hətta cinayət də törədə bilər. İstədiyini əldə etmək üçün çox çalışır. Onları idarə edən şəxslərə nifrət edirlər. Qarşı tərəfdən də eyni nəzakəti gözləyir. Hər xırda bir şeydən sevinib xoşbəxt ola bilir.

Oxatan bürcü: Bu qadın ona əmr verilməsindən xoşu gəlmir. Bir yerdə dayanmasını sevməyən və davamlı həyəcan axtaran tiplərdir. Yaxın qohumlarını sevmirlər. Qarşı cinslə dostluq münasibətləri qurmağı bacarırlar. Yardımsevər, yaxşı evdar qadın və anadır. Güzəştə getməyi bildiyi üçün həyat yoldaşının hər sözünü dinləyir. Başqalarının işinə burnunu soxmurlar. Sakit, ağıllı və kübar düşüncəli insandır. Açıq qəlbli insanlardan xoşu gəlir. Bağışlamağı bacarır.

Oğlaq bürcü: Onlar əngəllərə və çətinliklərə baxmayaraq, əmin addımlarla irəliləyirlər. Çalışqan və bacarıqlıdır. Nüfüzlu olmağı, etibar qazanmağı, şöhrət və çoxlu pul qazanmağı arzu edir. Pulu həssaslıqla qoruyub saxlayır, çox xəsis insandır. Vəzifəsinə bağlıdır, hər yerdə prestij axtarır. Müdrik insandır, lakin çox geniş dost çervəsi yoxdur. Onlar duyğusal deyillər və qarşı cinslə kobud davrana bilərlər. Həyat yoldaşı seçməkdə çətinlik çəkirlər. Çünki onlara heç nəyi bəyəndirmək olmur.

Dolça bürcü: Bu qadınlar adətən eqoist olurlar. Həyat yoldaşı ona ayaq uydurmasa, onu dəyişdirməyə can atırlar. Çox mehriban, kübar və yardımsevərdilər. Xəstəliklərdən çox tez təsirlənirlər. Bu qadınlar çox sosial əhatə dairəsi olur, ən yaxşı evlərdə yaşamağa üstünlük verirlər. Ətrafdakıların etirazlarına baxmayaraq, öz istədiyini yerinə yetirirlər. Evlilikdə mübahisə və gərginlik olmasına baxmayaraq, anlayışlı davrana bilirlər.

Balıq bürcü: Bu qadınlar həyat yoldaşında gözəllik və ağıl axtarır. Şübhəli və hədsiz qısqancdır. Onun sözünü dinləyir. Şübhəli olması sevgidə gərginlik yaradır. Bəzən istəksiz və könülsüz olsa da, özünü sevgisinə həsr edən biridir. Romantik və duyğusaldır. Yaxşı anadır, xoşbəxt ailə mühiti yaratmaq üçün əlindən gələni edir. Mükəmməl evdar qadındır. Ətrafında çoxlu dostları var və insanların diqqətini özünə çəkməyi bacarır. Gözəl qonaq qarşılamağı bacarırlar.








Suzana от 23 aprel 2016 10:12
oxudum oz burcumu sagolum )))
--------------------
SENINEM от 23 aprel 2016 16:45
teskkur ederim
oxudum sagol SUZANA...
--------------------
yoxduu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ